Oda Teatrı

Oda Teatrı "Bəyaz şedevr" təqdim edəcək

Dekabrın 27-i və 28-i "Oda” müstəqil teatrında "Bəyaz şedevr” və yaxud "Al qırmızı səmalar” tamaşasının premyerası keçiriləcək.
 
Teatrdan verilən məlumata görə, tamaşa rusiyalı yazıçı Vasiliy Siqaryovun "İblisin ailəsi” pyesi əsasında hazırlanıb.
 
Tamaşanın rejissoru Könül Şahbazova, musiqi tərtibatçısı isə Nihad Qulamzadədir. Tamaşadakı rolları aktyorlar Niyaz İlyasoğlu, Könül Şahbazova, Elmin Bədəlov, Nihad Qulamzadə, Anar Əliyev, Şəbnəm Abdullazadə və Anar Cəfərli ifa edəcək. 
 
Edebiyyat.biz