Orxan Talıbzadə – Sabah toyundur

Orxan Talıbzadə – Sabah toyundur

Mübarəkdir, təbrik edirəm səni,
Nəhayət arzuna yetdin deyəsən.
Qəlbimdə dəfn etdim sənli günləri,
Baş daşı da qoydum, dedim biləsən.

Sözlərin saxtaymış, ruhun da saxta,
Yalançı gözlərin artıq özgənin.
Paklıq rəmzi olan bəyaz gəlinlik,
De axı nəyinə yaraşır sənin.

Necə də gözümü kor eləmişdin,
Necə də tanıya bilməmişəm mən.
Mələk tək görünən bir iblis kimi,
Sən demə əvvəldən olmusan düşmən.

Vağzalı havası çalınacaqdır,
Hələ bir guya ki kövrələcəksən.
Oğrun - oğrun nəzər salıb hamıya,
İçində doyunca hey güləcəksən.

Getdiyin oğlana yazığın gəlsin,
Növbəti qurbana çevirmə onu.
Unutma ki heç kim əbədi deyil,
Gələcək əlbəttə hər şeyin sonu.

Orxan Talıbzadə