Oşo. Təsəvvüf yolu (tərcümə)

Oşo. Təsəvvüf yolu (tərcümə)

OŞO
Təsəvvüf yolu 
(bir hissə çıxarış)

Tərcümə: Kəpəz Pənahlı 

Hansısa bir kənddə yaşlı və kasıb bir adam yaşayırmış. Lakin bu adamın elə gözəl ağ bir atı varmış ki, krallar belə qısqanarmış. Atı almaq üçün böyük qiymətlər təklif etdikləri zaman yaşlı adam belə demişdi "atım mənim üçün bir dost kimidir, dostumu necə sataram?" Çox kasıb olmasına və çox pul təklif edilmiş olmasına baxmayaraq atı satmamışdı.
Bir səhər oyanır və atını yerində tapa bilmir. Bütün kənd "Bax gördünmü? Atın oğurlandı. Axmaqlıq elədin, satmadın. Belə qiymətli bir şeyi sən necə qoruya bilərdin? Onu istədiyin qiymətə sata bilərdin amma indi at da getdi. Çox böyük şanssızlıqdır." demişdi.
Yaşlı adam "Çox uzağa getmiş olamaz. At onsuz da bir yerdə duran heyvan deyil. Necə dərhal belə mühakimə yürüdə bilirsiniz? Bunun şanssızlıq olub olmadığını necə bilə bilərsiniz? Necə belə mühakimə yürüdə bilərsiniz?" demişdi.
Kəndlilər "Bizi axmaq yerinə qoyub fəlsəfə yürütmə. Fəlsəfəyə ehtiyac yoxdur. Fakt olaraq xəzinəni itirdin. Bu da bir şansızlıqdır." dedilər.
Yaşlı adam "Tək bildiyim odir ki, at gedib. Məsələnin tamamını bilmirik. Bunun şansızlıq olub olmadığını, bundan sonra nə olacağını kim bilə bilər ki?" demiş. Kəndlilər, yaşlı adama gülüb, onun havalandığını düşündülər.
On beş gün sonra at, yanında bir sürü başqa atlarla geri dönmüşdü. Bu səfər bütün kənd təkrar toplanmış və "Bəli sən haqlıymışsan biz yanıldıq. Bu şanssızlıq deyil bir möcüzə imiş, bir şansmış" demişdilər.
Yaşlı adam "Bunun şans olub olmadığını bilmərik. Tək söyləyə biləcəyimiz atın geri qayıtdığı və yanında on iki at olduğudur. Bir səhifəni oxuyaraq bütün kitab necə şərh oluna bilər, necə mühakimə yürüdə bilərik?" demişdi. Bu səfər kəndlilər səssiz qalmağı qalmağı üstü tutdular.
Yaşlı adamın bir dənə də gənc bir oğulu vardı. Vəhşi atlardan birini tərbiyə edərkən ayağını qırmışdı. Kəndlilər yenə toplanmış "Haqlıymışsan, bu bir bədbəxtlikmiş. Tək bir oğlun vardı o da indi şikəst oldu. Sənə indi kim kömək edəcək?" demişlər. Yaşlı adam "O qədər uzağa gedib mühakimə yürütməyin. Bunun şansızlıq olub olmadığını bilə bilmərik. Bu sadəcə hekayənin bir parçasıdır. Həyat parça-parça gəlir Mühakimə isə bütünü əhatə etməlidir" deyə cavab verir.
Bir neçə həftə sonra ölkə qonşu ölkə ilə müharibəyə başlayır. Kənddəki bütün gənclər zorla əsgərliyə yollanmış, yalnız yaşlı adamın oğlu evdə qalmış. Bundan bütün kənd böyük bir kədər və ağlayışa qərq olur. Kəndlilər yaşlı adama "Sən haqlı idin bu bir şans imiş. Oğulun şikəstdi amma səninlədir, bizimkilər isə getdi" demişlər. Yaşlı adam "Sizinlə danışmaq qeyri-mümkündür. Davamlı olaraq mühakimə yürüdürsünüz. Sadəcə olaraq oğullarınız zorla əsgərliyə aparıldı. Bunun şansmı yoxsa şansızlıqmı olduğunu kimsə bilə bilməz. Ancaq Tanrı bilər" deyərək cavablamışdı.
"Allah bilər" dediyimiz şeyin əsl mənası budur; yalnız "bütün olan, tam olan bilər" mənasını verər. Dərhal mehakimə yürütmək - ayrı-ayrı parçalara görə bütünü şərh eləməkdir. Elə şeylər varki, sizi, bizi, səni, məni aşır. Lakin buna baxmayaraq mühakimə yürüdürsünüz. Mühakimə etmək bir məne, bir əngəldir. Mühakimə etmək, zamanla sizə köməyi olmayan bir vərdiş halını alar.
Budda belə sizin mühakimələrinizdən xilas ola bilmədi. İsa belə mühakimə olundu və çarmıxa gərildi. Qaranlıq bir vadidə yaşayırsınız. Təpələri, yuxunuzda belə görə bilmir, xəyal belə edə bilmirsiniz. Xəyal etmək belə ciddi bir təcrübəyə lazımdır. Ruhi təcrübə. Tanrı haqqında yuxu görə bilməz, xəyal qura bilməzsiniz. Çünki, hətda yuxu görmək belə bilgidən, məlumatdan qaynaqlanır. Tanrı isə bilgi deyil, məlumat deyil - o zəkadır, bilgisizlikdir, hər an dəyişəndir.

KULT.AZ