Oşo. Zen yolu (tərcümə)

Oşo. Zen yolu (tərcümə)

Kult.Az saytı böyük hind filosofu Oşonun "Zen yolu" kitabından bir hissəni Kəpəz Pənahlının tərcüməsində təqdim edir:

Bu gün Zenin xüsusi, özəl dünyasına giririk. Zen özəldir, çünki, o şüurun adi bir vəziyyətidir. Bax bu Zenin xüsusiyyətidir. Əslində adi zehinlər qeyri-adi olmağı istəyər; qeyri-adi zehinlərsə adi olmağın içində rahatlayar, özünü tapar. Yalnız qeyri-adi insanlar rahat olmağa hazırdır və adi şəkildə dinc vəziyyətdədir. Adi olanlar isə alçaqlıq kompleksi hiss edərlər və bu alçaqlıq kompleksi səbəbiylə xüsusi olmağa çalışarlar. Xüsusi olan adam isə qeyri-adi olmaq üçün səy göstərməz. Ona görə də hər hansı bir alçaqlıq kompleksi yoxdur. O hər hansı bir boşluqdan ötəri acı duymaz. O tamamilə doludur, daşar, nədirsə odur.

Zenin dünyasına həm çox özəl həm də çox adi deyilə bilər. Kənardan baxıldığında bu bir ziddiyyət kimi görünər. İçəridən baxıldığında isə hər hansı bir ziddiyyət yoxdur. Bu çox sadə bir faktdır. Bir gülün, bir lotusun, bir çimdik çəmənin qeyri-adi olmaq səyi yoxdur. Bir çimdik çəməndən böyük bir ulduza qədər hər şey olduğu kimidir - nədirsə odur. Hər hansı bir səy, mübarizə ya da arzu yoxdur. Bir şey olmağa çalışmaq yoxdur. Onlar yaradılışlarından qətiliklə razıdırlar. Buna görə hər hansı bir müqayisə ya da hər hansı bir rəqabət yoxdur. Hər hansı bir iyerarxik vəziyyətdən söhbət gedə bilməz -kim alçaqmış, kim yüksəkmiş, bunların bir əhəmiyyəti yoxdur. Əslində özünün üstün olduğunu sübut etməyə çalışan biri çox adidir.

Hər şeyi qəbul edən insan şən olar. Belə biri təşəkkür, şükr dolu olar, həyata, yaradılışa təşəkkür duyar, bütünlüyə təşəkkür duyur - bu adam ən üstün olan adamdır.

Hz. İsa belə demişdi; müqəddəs hesab edilmiş olanlar bu dünyada sonuncudur, onlar mənim tanrımın krallığında birinci olacaqlar. Burada Hz. İsa dəyişik bir dil istifadə edir. Çünki o başqa insanlarla danışırdı. Bu vəziyyət özlüyündə Zen xüsusiyyətini daşıyar... Sonuncu olanlar, aşağıdakı insanlar... Lakin sonuncu olmağa çalışsanız da sonuncu deyilsiniz - bunu unutmayın.

Bax, Xristianların əsrlərdir etdiyi bu idi, sonuncu olmağa çalışmaq və Tanrının krallığında ilk olmaq. Onlar əsl nöqtəni qaçırdılar. Sonuncu olmaq -səysiz, yalnız sadə bir anlayışla 'Mən nəysəm Oyam. Mənim üçün başqa bir yaranma şəkli yoxdur. Başqa biri ola bilmərəm, başqa biri olmağa ehtiyacım da yoxdur. Bütünlük mənim belə olmağımı istəyir və mən belə rahatam, onun bütünün iradəsinə özümü təslim edirəm...'

Bir Zen ustası əsla 'birinci olmalısan' deməz. Lakin Hz. İsa Zeni tanımayan insanlarla danışırdı. Hz. İsa Zenin nə olduğunu bilirdi. O Hindistana, Ladakha, Tibetə getmişdi. Hətta Yaponiyada olduğuna dair hekayələr belə var. Yaponiyaya gəlib ziyarət etdiyi bir yerin olduğunu düşünən insanlar var. Bu mümkündür, çünki o bir mistik məktəbdən başqa mistik məktəbə 18 il gəzdi. Lakin o bir Yəhudi kimi danışmaq məcburiyyətində idi.

Yəhudilər məqsəd yönlü hərəkət edən insanlardır. Daim bir yerlərə çatmağa çalışarlar. Hindlilər də məqsədə bağlı insanlardır. Buna görə Buddanı anlaya bilmədilər. Onu səhv anladılar. Budda Çinlilər tərəfindən yaxşı aydın oldu. Buna görə Çinlilər çox ruhani, dindar deyil - çünki bir insan ruhani, dindardırsa onun bir məqsədi var. O biri dünyaya aid bir məqsədi... Bir yerlərdə; bu həyatda olmazsa gələcəkdə, burada deyilsə ölümdən sonra, dünyada deyilsə cənnətdə xüsusi olmaq istəyən insan.

Cənnət - müəyyən məqsədə bağlı insanların bir xəyalidir. Belə insanlar əgər ölümün digər tərəfində bir məqsəd varsa dindar ola bilərlər. Əgər bir məqsəd varsa hər şeyi fəda etməyə hazırdırlar. Qısacası onlar gerçək dindar ola bilməzlər - din onların anlayışı, sevinci, yaranma yolu deyil, arzularıdır. Din onların dərin səviyyədə təkrarlanan eqo oyunudur. Cənnəti yaradan eqodur. Çinlilər, Hindlilərin tərzində bir ruhaniyyətə, bir diniliyə sahib deyildilər. Məqsədə bağlı, cənnəti axtaran, vəd edilmiş torpaqları axtaran Yəhudilər kimi deyildilər. Vəd edilmiş torpaqlar indidə və buradadır. Buna görə üç min ildir axtarırlar. Axtarış Hz. Musa ilə başladı və davam edir. Onlar daim bir məsihin gəlməsini gözləyərlər. Bax bu gözləyiş səbəbiylə Hz. İsanı Məsih olaraq qəbul edə bilmədilər. Əgər o Məsihdirsə onların gözləmə və axtarışlarına nə olacaq? Əgər o Məsihdirsə nə edəcəkdilər? Onların bütün həyat modelləri vəd edilmiş torpaqların axtarışına söykənmişdi. Əgər o bir xilaskardırsa sevincləri itərdi. Bu sadə səbəbdən ötəri arzularına, yuxularına və bir şeylər olma səylərinə davam edirlər. Çinlilər çox dəyişik insanlardır, Budda onlara dərhal cazibədar gəldi və şüurlarında müvəffəqiyyətə çatdı. Yaponiyada daha da dərinlərə işlədi. Çünki Yaponlar daim daha dünyəvidirlər. Zen sözünün özü Sanskrit kökündən gəlir. O səhv tələffüzün, səhv tələffüzünün, səhv tələffüzüdür. Bunu səhv tələffüz edən yalnız mən deyiləm bu işıqlanmış, aydınlanmış kəslərin köhnə bir vərdişidir. Sanskrit söz "dhyana"dır. Budda onu "jhana" deyə tələffüz etdi - bu Gautama Budda ilə başlayan ilk səhv tələffüz idi. Söz Çinə çatdığında Çinli ustalar Hui - Neng və digərləri onu "Chana" olaraq tələffüz etdilər, sonunda qısaca "chan" (zəng) oldu.

Yaponiyaya çatdıqda Rinzai və digər ustalar "Zen" deyə tələffüz etdilər. Eyni Sanskrit kəlimə "dhyana" idi. Lakin hər dəyişiklik ona fərqli bir ləzzət qatdı, söz hər iqlim dəyişikliyi ilə fərqliləşdi. Söz daha gözəl və daha gözəl bir hala gəldi və indi daha əvvəl olduğundan da daha gözəl bir hal aldı. Uzun bir səfər etdi.

"Dhyana"dan "Zen"ə böyük bir təkamül var; bu səfərdə xəyal edilə bilməyən yeni ölçülər meydana çıxdı. Əgər köhnə Veda-çı kahinlər, Zen haqqında bir şey öyrənməyə gəlmiş olsaydılar, "dhyana"nın bu hala çevrildiyinə inanmazdılar. Söz az qala zidd bir qütbə tərəf irəlilədi, lakin daha gözəl, daha estetik, daha lütfkar, daha qadınsal oldu.

Ümumiyyətlə belə vəziyyətlərdə zaman bəzi şeyləri pozar. Lakin bu Zenə aid deyil. Hər keçən dövr ilə birlikdə yeni insanların, ölkələrin və mövsümlərin yeni xüsusiyyətləri Zen tərəfindən mənimsəndi. Söz zənginləşdi yeni çiçəklərlə və rənglərlə böyüməyə başladı. Bu bütün Asiyanın dahilərinin bir qarşılaşmasıdır. Çünki Çinli dahilər, Yapon dahilər və Hindli dahilər Zenə nələrdə qatdılar.

Zen mövzusunda başa düşülməsi lazım olan ilk şey məqsəddən asılı olmamaqdır. Zen burada, indidə olan həyat yoludur. Nə cənnətin nə də gələcəyin həyatla bir əlaqəsi yoxdur. Zen mənəvi dünyanın adi dərkindən başqa bir şey deyil. O nə mənəvi, nə də maddidir. İkisindən də kənardır. Bu və ya o biri dünyaya aid deyil, iki dünyanın böyük bir sintezidir.

Zen ustaları çox adi yaşayarlar. Hər kəs kimi. Lakin sıradışı bir yoldadırlar. Tamamilə yeni bir baxışla böyük bir zərifliklə, böyük bir həssaslıqla, oyanıqlıqla, müşahidə dolu, ayıq olaraq, aşan və saf bir şüurluluq halında və o anda yaşayarlar. Zendə heç bir şey nə müqəddəs nə də dünyəvidir. Hər şey birdir, ayrıla bilməz birdir, Zendə heç bir şeyi ilahi və ya dünyəvi olaraq ayıra bilməzsiniz.

Çox dünyəvi işlərlə məşğul olan Zen ustaları tapa bilərsiniz, lakin heç bir Hindli kahin belə dünyəvi şeylərə hazır ola bilməz; onlar belə şeyləri çox dünyəvi bilərlər. Heç bir Cayn (Jain) kahini özünü odun doğrayarkən, quyudan su çəkərkən, çaydan su daşıyarkən düşünə bilməz - qeyri-mümkündür! Bunlar onlar üçün çox dünyəvi hərəkətlərdir, bunları edənlər də onlar üçün adi insanlardır. Lakin Zen ustaları ayrı-seçkilik etməzlər. Zen ustalarını odun qırarkən, yemək bişirərkən, quyudan su daşıyarkən, bağçada çuxur qazarkən, toxum əkərkən tapa bilərsiniz. Hər növ dünyəvi adi hərəkətdə iştirak edərlər. Lakin onları izləsəniz bir fərqlilik olduğunu görərsiniz.

Fərqlilik böyükdür. Fərqlilik necəlikdə deyil xüsusiyyətdədir. Zen ustası elə bir oyanıqlıq, sakinlik, sevinc və şənliklə işləyər ki, bütün hərəkət dəyişimə uğrayar.

KULT.AZ