"Park Bulvar"da rəsm sərgisi

Fevralın 14-də “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində rəssam Mülayim Qasımovanın “Red & Black” (Qırmızı və Qara) adlı sərgisi açılıb.

Öncə rəssam Mülayim Qasımova qonaqlara sərgi haqqında məlumat verib. Bildirib ki, sərgidə onun qırmızı və qara rənglərdə çəkilmiş əsərləri, eləcə də bu üslubda qadın aksessuarları, saxsı qablar və əl işləri nümayiş olunur.

Uşaqlıqdan yaradıcılıqla məşğul olduğunu söyləyən Mülayim Qasımova bu sərgiyə 6 il müddətində hazırlaşdığını söyləyib. Rəssamın əsərləri, həmçinin 2 il əvvəl Müasir İncəsənət Qalereyasında nümayiş etdirilib.

Fevralın 28-dək davam edəcək sərgidə Mülayim Qasımovanın 50 işi nümayiş olunur.

AzərTAc