Paşa Hikmət - Kəpənək (hekayə)

Paşa Hikmət - Kəpənək (hekayə)

Bəzi insanlar ruhun varlığına inanmır. Bəziləri isə, ruhun varlığına inanır amma onun gözə görünməsinə inanmır. Səmavi inanclara görə ruh ancaq insanlarda olur. Ancaq bəzi dinlərə görə isə təbiət məxsus hər bir şeyin xüsusi ruhu var. Məsəl üçün, ağacın budağı qırıldıqda o nəm olur. Panteistlərə görə həmin ağacın ruhu var. Və o buna görə əzab çəkir. Necə ki, Ejder-Dragon ağacı kimi. Həmin ağacda qırmızı rəngdə maye axır. Panteistlər isə ağacın yaralardan qanadığını iddia edir. Qədim Çin ədəbiyyatında oxumuşdum ki, güyə hər bir canlını qoruyan xüsusi mələklər var. Onlar ömürlərinin sonuna qədər həmin canlını qoruyur. Canlının düşmənlərinə qarşı mübarizə aparır. Ancaq canlılar qocaldığı kimi, onlar da qocalır. Mələklər qocalır və onlar da ölür. Beləcə canlını qoruyan olmur. Qədimdə son günlərini xəstə vəziyətdə çekirən insanların Mələklərinin öldüyünü iddia edirdilər. Etiraf edirəm ki, çox fantastik səslənir. Başıma həmin hadisə gələnə qədər belə mistik mövzuları araşdırmazdım. Amma həmin hadisə sanki mən tərs sillə oldu.

        Həmin günü yuxudan tez oyanmışdım. Heç gecəni də normal yata bilməmişdim. Bir neçə gün idi ki, başımda güclü ağrılar var idi. Günlərlə yatmaq istəyirdim amma yata bilmirdim. Həkimə də getmişdim ki, o da bir iki dərman yazmışdı. Amma o içdiyim dərmanların heç bir xeyri yox idi. Bəzən dərmanın bir neçəsini ard-arda atırdım. Amma onun da xeyri olmurdu.Tam əksinə, daha güclü ağrılar verirdi. Bu vəziyətimdən valideyinlərim də narahat idi. Amma onların da heç bir xeyri yox idi. Əllərindən heç bir şey gəlmirdi.

        Bizim evin yaxınlığında park var idi. Park yaşıllıqlarla dolu idi. Baş ağrılarım olmadıqda, gecələri bura tez-tez gəlirdim. Otların üstündə uzanıb ulduzlara baxırdım. Onları saymağı sevsəm də, bu mənə yuxu gətirirdi. Ona görə parkda çox qala bilmirdim. Cəmi bir neçə saat sonra yenidən evimə dönüb, öz isti yatağımda yatırdım. Ciyərlərimi təmiz oksigenlə doldurduqdan sonra insanın bütün ruhu rahatlayır. Mənim isə ona çox böyük ehtiyacım var idi.

         Axşam yenidən həmin parka getdim. Tək bədənim yox, ruhum yorulmuşdu. Başımın ağrısına görə bu aralar əsəblərim də pozulmuşdu. Heçnədən zövq ala bilmirdim. Sanki içimdəki mən, mən deyildi. Tamamilə başqa bir insana çevrilirdim. Heç insane da deyə bilməzdim. Çünki günü-gündən içimdək insanlıq da ölürdü. Əvvəllər əyləncəli verlişlərə baxmağı sevirdim. Ancaq indi isə baxa bilmirəm. İçimdə bir qıcıq yaranırdı. Sonuncu dəfə nə vaxt güldüyümü də unutmuşdum. Başımın ağrısı o qədər qısqanc idiki, ondan başqa bir şeyi düşünməyimə icazə vermirdi. Heç bu gün otların üstündə də uzanmadım. Artıq ondan da zövq ala bilmirdim. Sadəcə skamerkada oturub gəzən insanlara baxırdım. Parkda hər cürə insane var idi. Kimisi ailəsi ilə, kimisi sevgilisi ilə, kimisi dostu ilə, kimisi də qulağında qulaqcıq ilə gəzirdi.

         Mənimlə üzbəüz skamerkada iki yaşlı qadın əyləşmişdi. Onlar öz gəlinlərindən danışırdılar. Qaynana qanunlarına uyğun olaraq hər ikisi də öz gəlinlərini pisləyirdi. Sanki qızğın yarışa girmişdilər. Gəlnini ən çox pisləyənə xüsusi medal verəcəkdilər. Onlar da mənim kimi həyatdan zövq ala bilmirdi. Başları qeybətə o qədər qarışmışdı ki, təbiətin gözəlliyin görmürdü. Düzdür həmin gecə başımın ağrısına görə, təbiətin gözəlliyini mən də görmürdüm. Amma əvvəllər bu gözəlliyi görmüş, duymuşdum. Məndən sağ tərəfdə isə iki sevgili oturmuşdu. Qız öz başını oğlanın sinəsinə qoymuşdu. Oğlan da qızın saçlarına sığal çəkirdi. Onlar asta tonda nə isə danışırdılar. Nədən danışdıqlarını eşitmirdim amma xoşbəxt olduqlarından əmin idim. Sol tərəfdə isə, bir oğlan tək oturub qulaqcığı ilə musiqi dinləyirdi. Hər kəsin özünə məxsus öz məşğuliyəti var idi. Mən isə boş-boş oturub, vaxt keçirdirdim.

         Birdən bir kəpənək gəldi düz mənim əlimin üstünə qondu. Digərlərinə baxanda nisbətən böyük, ağ rəngli, üstündə bəzəkli olan kəpənək idi. Əlimə qonan kimi sanki bütün tüklərim biz-biz oldu. Bədənimdə bir anlıq üşütmə keçirdim. Kəpənək hər nə qədər diqqət çəkən olsa da, məni qıcıqlandırdı. Digər əlimlə tez onun qanadlarından tutdum. Bərk-bərk sıxmağa başladım. Həqiqətən də əsəblərim pozulmuşdu. İçimdəki insanın necə nifrət dolu olduğunu anladım.

         Kəpənəyin qanadlarını bərk-bərk sıxırdım ki, birdən gözlərim qaraldı. Qarşımda qara libasa bürünmüş bir qadın var idi. O əslində qadın deyildi. Ümumiyətlə insane deyildi. Tamamilə başqa bir varlıq idi. Tanrının yaratdığı digər varlıqlar. Özüm Tanrıya inanırdım. Amma belə bir varlıqlar qarşılaşacağım heç vaxt ağlıma gəlməzdi. O, qara libasa bürünsə də, dərisi ağ idi. Ayaqlarının altına qədər uzanmış qırmızı rəngli saçları var idi. Diqqət çəkən iri sinəsi var idi. Hər bir barmağında üzük, boynundan asılı sep var idi. Üz quruluşu isə yadımdan çıxıb. Sadəcə yamyaşıl işıq saçan gözlərinin olduğunu bilirəm. O, mənə tərəf yaxınlaşdı. Sonra əlini uzadaraq kəpənəyi ona verməli olduğumu bildirdi. Mən də qeyri-ixtiyari olaraq, kəpənəyi ona verdim. Nazik barmaqları ilə kəpənəyin qanadlarını sığallayır və mənə nifrətlə baxırdı. Sonra qız qəzəbli və asta səslə dilləndi.

         -Sən mənim dostumu yaralamısan. Utanmalısan ! Siz insanlar bizim dostlarımıza zərər verirsiniz. Utanmalısınız !

         Mən o qədər qorxmuşdum ki, nə edəcəyimi bilmirdim. Qorxumdan səsim tutulmuşdu. Qarşılaşdığımı səhnəni anlaya bilmirdim. Sanki zaman donmuşdu. Biz isə tam başqa aləmdə idik. Axırı mən özümü toplayaraq qırıq səslərlə cavab verdim

         -Mən…mən üzr istə…Dostuna zərər vurmaq istə..istəməzdim.

         Amma o mənim dediklərimə əhəmiyət vermir, elə hey kəpənəyi sığallayırdı.

         -Tanrı size sevir. Siz isə onu qəzəbləndirirsiniz. Utanmalısınız ! O sənə kömək etmək istəyir, sən isə onun yaratdığını incidirsən. Utanmalısan !

         Hər cümləsinin sonunda utanmalısan deyirdi. Bilmirdim niyə belə edir. Heç mənlə danışanda da sifətimə baxmırdı. Öz işində idi. Əli ilə kəpənəyi sığallayırdı. Mən qırıq səslə davam etdim.

         -Tanrı məni sevmir. Kö..kö..kömək olmur. Başımın ağrı..ağrısından ölə…

         Fikrimi tamamlamağa icazə vermədi. Və əlini qaldıraraq göylərə uzatdı.

         -O istəməsə heç kim ölməz ! Heç bir yarpaq yerə düşməz ! Sən ona güvənmirsən ?! İçində inamsızlıq var ?!

        -Yo…Yo..x! Yox ! Mən ona inanıram !

         O, üzünü turşudaraq cavab verdi.

         -Amma sevmirsən ! Sevgi olmadıqdan sonra inam kimə lazım ?!

        Onunla mübahisə aparacaq gücdə deyildim. Ümumiyyətlə belə bir şeyin mənasız olduğunu anlayırdım. Üzgün səslə dedim.

         -Haqqlısan.

         O heçnə demədən sağ əlini başımın üstünə qoydu. Bunu etdikdə sanki bütün bədənimi tok vurdu. Ürəyində nə isə dua oxudu. Sonra isə gözümdən bir damcı yaş süzüldü.

         Bundan sonra hər o yoxa çıxdı. Mən isə bayaqki kimi skamerkada əyləşmişdim. Əlimdə isə kəpənək var idi. Mən onu tutmamışdım. Özü qonmuşdu əlimə. Sanki mən bir anlıq keçmişə döndüm. Əvvəlki səhnə idi. Həmin qadınlar qeybət edir, sevgililər söhbət edir, tək oğlan isə musiqi dinləyirdi. Beynim bu səhnəyə dözə bilmirdi. Ağlımı itirəcək durumda idi. Yəni bayaqları gördüklərim xəyalmı idi ? Amma dur bir dəqiqə ! Yox ola bilməz, mənim başım ağrımırdı. Bəli, bəli buna əmin idim. Deməli bu yaşadıqlarım həqiqətmi idi ? Ey Tanrı…! Həftələrdir məni dəli edən bu ağrı artıq keçib getmişdi. O qadın mənə nə duası oxudu axı…. ?!

         Bu hədisədən bir neçə gün keçdi. Mənim isə hələ də başım ağrımır. Çoxları inanmayacaq amma mən Tanrının mələyi ilə söhbət etmişdim. O məni sağaltdı, o ! Mən bunu başqa birinə söyləsəm, mənə dəli deyəcək.

        Epiloq.

          Həmin bu şəxsin adı Zaur idi. Zaur hal-hazırda n saylı dəlixanada müalicə alır. Onun gördükləri sadəcə olaraq bir xəyal idi. Zaur həmin gecə parkdakı kəpənəklərin arxasınca qaçır, onları öldürmək istəyirdi. Parkdakı insanların üstünə hücum çəkir, onları narahat edirdi. Kiminsə ona dua oxuduğunu iddia edirdi. Gah qışqırır gah isə ağlayırdı. Onun başının ağrımamasının isə bir səbəbi var. Ona vurulan dərmanlardır. Əgər o dərmanlar olmasa, həmin ağrılar yenidən qayıdar. Zaurun beyində sorunlar var idi. Bu isə ona şiddətli ağrılar verirdi. Lakin indi ona xüsusi diqqət yetirilir.  Həkimlər onun sağalması üçün əlindən gələni edir. O isə sağalmaq istəmir. Özünün dəlixanada olduğunu belə bilmir. Özünü evində hiss edir. Öz xəyalında qurduğu insanlarla söhbət edir. Elə bilir ki, valideyinləri də onunla birlikdədir. Bəzən isə otağında dövrə vura-vura addımlamağa başlayır. Belə olduqda isə, özünü şəhərə çıxmış kimi hiss edir. Oxuduğunuz üçün təşəkkürlər!


Paşa Hikmət