Paşa Hikmət - Steynbekin ölü qəhrəmanı
- 05.06.2015
- 0 Şərh
- 1328 Baxış
Con
Steynbekin "Siçanlar və Adamlar” əsəri indiyə qədər oxuduğum ən təsirli
əsərlərdən biri oldu. Əsər həqiqətən də insana təsir edir. Əsərdə dərin məna
var. Amma əsər haqqında geniş fikirlərimi bildirməmişdən əvvəl, Con Steynbek haqqında
məluat vermək istəyirəm.
Məşhur Amerika yazıçısı, Nobel
mükafatı lauretı Con Steynbek Salinsada anadan olub. Nəsilləri irland və alman
köklüdür. Atası xəzinədar, anası məktəbdə müəlliməydi. Conda yazıb oxuma həvəsi
ona anasından keçmişdi. Con hələ məktəbli çağlarından zəhmətə alışmışdı, yay tətilində
yaxınlıqdakı rançolarda qəpik-quruş müqabilində ağır zəhmətə qatlaşardı. Yazıçı
belə həyatın əzab əziyyətini, eləcə də insan təbiətinin cəhətlərini "Siçanlar
və adamlar” əsərində son dərəcə inandırıcı boyalarla təsvir etmişdir. Steybek
həm də ətrafdakı təbiəti, meşələri, çayları, əkin-biçin yerlərini çox yaxşı
tanıyır, uşaqlıqdan ahıl yaşına qədər oraları gəzib-dolaşmaqdan yorulmurdu.
İndi isə əsərdən danışmaq istəyirəm. Əsərdə bir-birinə zidd iki baş qəhrəman var.
Qəhrəmanlardan birinin adı Lenni idi. Əsəri oxuyarkən anladım ki, Lenni çox
saf, unutqan, tənbəl psixoloji bir xəstədir. Onda dəlilik əlaməti var idi deyə
insanlar ondan uzaq gəzirdi. Ümumiyyətlə insanlara qarşı onda böyük bir fobia
yaranmışdı. Klara xalasını itirdikdən sonra onun həyatda tək bir dostu Corc
qalmışdı. Digər insanlarla münasibətdə ola bilmirdi. Onda dəlilik əlamətləri
olduğu üçün, bir də yekəpər olduğu üçün insanlar ondan qorxurdu. Lenni heç kimə
pislik etmək istəmirdi. Amma özündən asılı olmadan edirdi. Məsəl üçün, o tüklü
heyvanları sığallamağı çox sevərdi. Əslində isə burda qeyri-adi bir şey yoxdur.
Amma sığallamağa başladısa əl çəkmirdi. Yekəpər olduğu üçün əlləri də yekə idi.
O yekə əlləri ilə dovşanları, küçükləri, siçanlar və başqa heyvanları
sığalladıqda özü də bilmədən onları öldürərdi. O zəif heyvanlar Leninin yekə
əllərinə dözə bilmirdi. Bir neçə dəqiqə içində məhv olurdular. Lenni onları
sığallayarkən boyunlarını və ya bellərini sındırardı. Bunu isə həmişə edərdi. Heyvanları
öldürənə qədər sığallayardı. Əslində onun heyvanları öldürmək kimi fikri yox
idi. O heyvanları çox sevirdi. Amma onlarla necə davranmaq olduğunu bilmirdi. O
hətta işlədiyi ranconun sahibinin ərkəsöyün oğlunun arvadını belə öldürmüşdü. Onun
xanımın saçlarından çox xoşu gəlmişdi. Onu astaca sığallamaq istəyirdi. Amma
bir iş gördüsə, heç əl çəkən deyildi. Qadının saçlarını sığallaya-sığallaya onu
sirkləyirdi. Beləcə bir neçə dəqiqə içində onun boynunu sındırdı. Amma Lenni
bunu etmək istəmirdi. O heç kimə zərər vermək istəmirdi. Bu əməlləri özündən
asılı olmadan edirdi. Bayaqları dediyim kimi psixoloji xəstə idi.
Digər qəhrəman isə Corc idi. Corc isə qoçaq, hazırcavab, işgörən birisi idi. O,
Lennini çox istəyirdi. Həmişə ona arxa dayaq olmuşdu. Lennini çalışdığı qədər bütün
pisliklərdən qoruyardı. Hərdən Lennini döymək istəsə də, həmişə ona yazığı
gəlirdi. Bilirdi ki, onsuz Lenni çox yaşaya bilməz. Lenni bu həyatla bacara
bilməz. Bir neçə gün içində məhv olub gedər. Buna isə Corcun vicdanı dözə
bilməzdi. Ona görə Lennini heç vaxt özündən kənara buraxmazdı. Həmişə onu özü
ilə aparardı. Öz çörəyini belə bölüb Lenniyə verirdi. Bəzən əsəbləşir, Lenniyə
onsuz həyatın daha xoş olacağını deyərdi. Amma sonra bu sözünə görə peşiman
olurdu. O istəmirdi ki, Lenni onu tərk edib getsin. Çünki buna vicdanı yol verə
bilməzdi. Onun həmişə Lenniyə yazığı gəlirdi.
Hekayənin sonu isə daha təsirli bitir. Əslində kitabı yarısına qədər oxuduqda
sonu təsəvür etmişdim. Elə düşündüyüm kimi də çıxmışdı. Əsərdə Qoca Plüm deyə
bir obraz var idi. Plüm haqqında çox danışmaq istəmirəm. Qoca Plümün bir iti
var idi. İti artıq qocalmışdı. İy veri, bitli idi, dişləri tökülmüşdü. Yəni
ayaq üstündə güclə dayana bilirdi. Digər işçilər Plümə dedilər ki, iti öldürmək
lazımdır. Bax, elə bu səhnədə yazıçı oxuyucuya sonluq haqqında bir mesaj verir.
Plüm ilə onun itini Corc və Lenni ilə müqayisə edirdi. Plüm də Corc kimi idi.
Corc Lennini qoruduğu kimi, Plüm də öz itini elə qoruyurdu. Onu küçəyə tullaya
və ya öldürə bilməzdi. Corc kimi Plümündə vicdanı icazə vermirdi. Amma digər
işçilərinin inadı ilə it öldürülür. Bu səhnədə mən artıq anladım ki, Lenninin
də sonu ölümlə bitəcək.
Yazıçı
həmçinin irqçilik mövzusuna da toxunur. İrqçiliyin necə mənasız olduğunu Qozbel
obrazı ilə çox gözəl izah edir. Qozbel irqçilikdən bezmiş birisi idi. Sahibkar
həmişə əsəbləşdikdə bütün heyfini ondan alırdı. Heç digər işçilər də onu
bəyənmirdi. Onun qara dərili olduğu ona aşağı baxırdılar. Qozbeli öz
otaqlarından belə qovmuşdular. Həyat Qozbeli pis biri olmağa məcbur edirdi. O
digər insanlarla əlaqəni kəsmişdi. Özünün kiçik otağında kitabları ilə birlikdə
özü üçün yeni bir dünya qurmuşdu. Heç kimi öz dünyasına girməyə icazə vermirdi.
Amma onun ürəyinin dərinliklərində bir yaxşı insan gizlənirdi. Həyat isə ona
sərt, soyuqqanlı və pis olmağı məcbur edirdi.
Əsərdə ən təsirli hissə isə Corcun Lennini güllə ilə vurma anı idi. Bax bu
səhnəni oxumaq lazımdır. Yazıçını həmin səhnəni çox möhtəşəm təsvir edib. Corcun
Lennini nə üçün vurduğunu yazmayacağam. Çünki əsəri oxumayanlar bunu niyə
etdiyini anlamayacaq. Əslində Lenninin öldürmək yox, xüsusi nəzərətdə saxlamaq
lazım idi. Lenninin yumşaq tükləri sığallamaqdan başqa bir mənfi cəhətin
oxumadım. Lenni indiki dövrdə yaşasaydı bəlkə də sağaltmaq olardı. Lenni balaca
uşaq kimi idi.
Hekayə haqqında ümumi demək istəyirəm ki, çox möhtəşəm idi ! Bu kitabı alıb oxumağa dəyər. Yazıçı bacardığı qədər gözəl yazıb bu əsəri. Məncə bacardığının ən yaxşısını etdi. Əsər haqqında fikirlərim bundan ibarətdir. Oxuduğunuz üçün minnətdaram ...!
Paşa Hikmət