Paşa Hikmət – Zəhərlənmiş ruh (hekayə)

Paşa Hikmət – Zəhərlənmiş ruh (hekayə)

Həmin gün Ramazanovlar ailəsində bayram idi. Hər kəs çox xoşbəxt idi. Hamının sevincinin həddi-hüdudu yox idi. Çünki, evin tək oğlu Zamiq artıq narkotikdən azad olmuşdu. Onun iyirmi bir yaşı var idi. Və narkotik audəçisi olmuşdu. Yeniyetmə vaxtlarında narkotikdən istifadə etməyə başlamışdı. Müəyyən vaxtdan sonra isə,audəçisinə çevrilmişdi. Narkotik onun tək qanın yox, bütün həyatını zəhərləmişdi. Hər günü onu uçurumun kənarına bir addım da yaxınlaşdırırdı. Sanki onun gözlərini kor etmişdi. Gözünü açıb, hansı vəziyətdə olduğunu görə bilmirdi. Bu dünyada cəhənnəmi yaşadığından xəbərsiz idi. Vaxtı ilə Zamiqin üzündə bir məsumluq var idi. Amma narkotik onu da yuyub aparmışdı. Vaxtından tez qocaltmışdı. Hər qoca kimi də ölümə daha yaxın idi.

Narkotikə görə on birinci sinifdə məktəbdən qovulmuşdu. Həyatdan aldığı ilk zərbəsi olmuşdu. Narkotik artıq onun bütün təhsil həyatını məhv etmişdi. Direktor onun atasını çağırıb və vəziyəti ona izah etmişdi. Belə bir oğul yetişdirdiyi üçün, atasına utanmalı olduğunu demişdi. Atası həmin günü özünü yerin dibinə girmiş kimi hiss etmişdi. Kənddə heç kimin üzünə baxa bilmirdi. Belə bir oğul böyütdüyünə peşiman idi. Heç bir qohum-əqraba ona salam vermirdi. Bəzi qonşuları hal-əhvalını tuturdu ki, bunu da xala xətri edirdi. Heç kim oğlanın səhvinə görə oğlanın özünü yox, atasını günahlandırırdı. Amma atası heç də pis adam deyildi. Çalışdığı qədər belə günah işlərdən uzaq durmuşdu. Amma bunu oğluna izah edə bilməmişdi. Bəlkə də izah etmişdi amma oğlu anlamamışdı.

Bir gün oğlu narkotikdən istifadə edib çılpaq küçəyə çıxmışdı. Dəli kimi ora-bura qaçırdı. Balaca uşaqlar ona gülür, biraz böyüklər isə telefona çəkirdi. Böyüklər isə ona baxıb yerə tüpürürn dü. Küçənin tinində isə anası Solmaz xala dükandan gəlirdi. Evə çörək, qənd, çay almağa getmişdi. Oğlan anasını görən kimi, onun yanına gedib ağlamağa başlamışdı. Yazıq arvad o qədər utanmışdı ki, nə edəcəyini bilməmişdi. Cibindəki dəsmal ilə üzünü örtərək tez evə getmişdi. Otağına girib qapını kilidləmişdi. Səhərə qədər doyunca ağlamışdı, niyə bu gündə olduğu üçün ağlamışdı. Axı o buna layiq deyildi. Solmaz xala heç kimə pislik etməyib. Niyə Tanrı onu belə ağır imtahana kəçir ? Bəlkə də bu hansısa günahının cəzası idi. Amma axı o bu qədər böyük günah etməmişdi. Bəli hər insan kimi günahı var idi. Amma o bu qədər böyük günah etməmişdi. Həmin gündən sonra bir daha küçəyə çıxmamışdı. Küçəyə çıxacaq üzü qalmamışdı. Artıq hər şeydən bezmişdi. Oğlu onun üzünü güldürmür, əksinə üzündəki qırışları artırırdı.

Amma bu gün çox xoşbəxt idi. Artıq oğlu həyatında yeni səhifə açmışdı. Hər şeyə yenidən başlayacaqdı. Ona görə evdə böyük bir qonaqlıq qurulmuşdu. Anası da əhd etmişdi ki, oğlu bu zibildən qurtulsun, bir qurban kəsdirəcək. Elə belə də etmişdi. Bazardan ən iri qoyun alıb onu kəsdirdi. Atası isə həmin qoyunun ətindən kabab bişirmişdi. Bacısı isə qardaşına görə şokaladlı tort hazırlamışdı. Qardaşı şokaladı çox sevirdi. Ən sevdiyi isə şokaladlı tort idi. Ümumiyətlə bu gün əsil bayram idi. Atası əlinə 50 qram araq süzüb sağlıq deməyə başladı.

-Mən neçə aydır ki, bu anı gözləyirdim. Axır ki, oğlum bu bəladan qurtuldu. Mənim sevimli ailəm, inanın mənə sevincimi, hisslərimi sözlərlə ifadə edə bilmərəm. Bir ata üçün ən xoşbəxt anı yaşayıram. Bax oğlum arzu edirəm ki, bundan sonrakı həyatında xoşbəxt olasan. Yeni həyatında o zəhərə bir daha yer olmasın. Ümid edirəm ki, sən yeni həyatı qurmağı bacaracaqsan. Oğlum bir ata kimi sənə güvənirəm ! Xahiş edirəm, hətta yalvarıram, ümidlərimi boşa çıxartma !

Bu gün anası ağlamaq istəmirdi. Amma, özünü saxlaya bilmədi, gözləri doldu. Əli ilə gözlərinin yaşını silib, gülümsəməyə başladı. Zamiqinin saçını tumarlayır, və onun daha xoşbəxt olacağına inandırmağa çalışırdı.

-Oğlum, əziz oğlum bu gün ilk dəfə məni sevindirdin. Artıq səninlə fəxr edirəm ! Axır ki, sən o zəhərdən xilas oldun. Bir neçə ay xəstəxanada qalmağın yaxşı oldu. Bədənindən o zəhər təmizləndi. Mən bu gün çox xoşbəxtəm. Xahiş edirəm, nə olar məni həmişə sevindir. Artıq sənin iyirmi bir yaşın var. Mən sənə baxıb fəxr etmək istəyirəm. Mən də digər analar kimi elçi getmək istəyirəm. Nəvə istəyirəm ay bala, özün başa düşürsən də.

Zamiq kababı yeməyi saxladı. Və anasının sözlərini təsdiq etməyə başladı.

-Hə anacan, düz deyirsən. Sənə söz verirəm ki, artıq hər şey yaxşı olacaq. Artıq heçnə əvvəlki tək olmayacaq. Böyük səhv etmişəm. Amma səhvimi anladım. Və söz verirəm ki, bir daha etməyəcəm. Həyata yenidən başlayacam

Ailəsi necə də xoşbəxt idi. Anası sevincindən gah ağlayır, gah da gülürdü. Atası ilk dəfə olaraq oğlu ilə qürur duyurdu. Bacısının da sevginin həddi-hüdudu yox idi. Amma onların heç biri bilmirdi ! Heç birinin xəbəri yox idi ! Xəbərləri yox idi ki, Zamiqin cibində onun vicdanı qədər narkotik var. Sadəcə müvəqqəti olaraq xoşbəxt idilər. Yazıqların heçnədən xəbəri yox idi. Heçnədən....!

 


Paşa Hikmət