Paulo Koelyodan ibrətamiz hekayələr

Paulo Koelyodan ibrətamiz hekayələr

Paulo Koelyodan ibrətamiz hekayələr


Cənnətdə söhbət


Əbd Mübarək Məkkəyə ziyarətə yola düşəcəyi günlərin birində yuxuda görür ki.
Cənnətdədir və iki mələyin söhbətini eşidır.
Mələklərdən biri o birindən soruşur:

-Bu il müqqədəs şəhərə neçə ziyarətçi gəlmişdi?

Ikinci mələk cavab verir:

-Builki ziyarətçilərin sayı altı yüz min nəfər idi.

Birinci mələk:

-Bəs onlardan neçəsinin ziyarəti qəbul olundu?

İkinci mələk:

-Heç birinin. Amma Bağdadda Əli Müfiq adlı bir çəkməçi ziyarətə gələ bilməsə də onun ziyarəti qəbul olundu. Onun qazandığı savab altı yüz min ziyarəçinin arasında bölüşdürüldü.

Əbd Mübarək yuxudan durub çəkməçi Əli Müfiqin yanına yollanır, yuxusunu ona danışır.

Əli Müfiq göz yaşı içində deyir:

- Çox çətinliklə,. çox qurbanlar bahasına 350 qara qəpik toplamışdım. Məkkəyə yola düşməyə hazır idim ki, qonşularımın ac olduğunu gördüm. Topladığım qəpiklərimi qonşularım arasında bölüşdürdüm, Məkkəyə ziyarətə getməkdən vaz keçdim.


Ayaqqabılar


Sovet İttifaqının süqutundan sonra Belçikanın ayaqqabı şirkətilərindən biri Rusiyaya iki nümayəndəsini göndərir ki, bu ölkədə məhsullarının satılıb-satıla bilməyəcəyi imkanları öyrənsinlər. Tezliklə nümayəndələrin hər ikisindən xəbər gəlir.

" Burda heç kəs Qərb ayaqqabıları geyinmir. Biz burda fabrik açası olsaq ağır itkilər verib ziyan çəkərik.”- birinci nümayəndə belə yazır.
İkinci nümayəndə isə belə yazır:

" Burda heç kəs Qərb ayaqqabıları geynmir. Əgər biz burda fabrik açası olsaq bu ölkəyə yeni dəb gətirib bütün məhsularımızı sata bilərik.”

Tərcüməçi: Sevil Gültən