"Pinqvinlər uçur, Mari” çap olundu

Şeirlərilə tanınan gənc yazar Fəridə Məmmədovanın "Pinqvinlər uçur, Mari” adlı ilk romanı nəşr olunub.

108 səhifədən ibarət roman "Ol” nəşriyyatında çap olunub. Roman psixoloji dram janrında yazılıb. 

Əsəri bir cümləylə bu cür ifadə etmək olar: Hər kəsin beyni öz cəhənnəmidir.

Kitabın təqdimat mərasimi sentyabrın 5-nə planlaşdırılır.

Təqdimat Kitabevim.azda,  saat 17:00-dan 20:00-a qədər davam edəcək