Qadınlara dostluq şarjları hədiyyə olundu

Qadınlara dostluq şarjları hədiyyə olundu

Martın 7-də “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi və “Gazelli İnternational ltd” şirkətinin təşkilatçılığı ilə 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə İçərişəhərdə maraqlı aksiya keçirilib.

Publika.Az xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvləri pulsuz olaraq xanımların rəsmlərini çəkiblər.

Aksiyaya qoşulan hər bir qadına onun rəssam tərəfindən çəkilmiş dostluq şarjı, qızılgül və “Qazelli İnternational ltd” şirkətinin hədiyyə kuponları təqdim olunub.

“İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Rahib Azəri zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik edib.