"Qanun" nəşriyyatı daha bir tərcümə kitabını satışa çıxardı

"Qanun" nəşriyyatı bu gün Jorj Simenonun "Malular ailəsi" əsərini satışa çıxarıb. 

ANN.Az xəbər verir ki, əsəri Azərbaycan dilinə Hamlet Qocayev tərcümə edib. 

Fransanın ən məşhur və eyni zamanda məhsuldar yazıçısı kimi tanınan Jorj Simenonun "Malular ailəsi” romanında yeni nəsillə köhnə nəsil arasındakı kəskin, barışmaz ziddiyyət əks etdirilir. Əsərin qəhrəmanı Alen Malu yeni ideallar uğrunda mübarizə aparan Qərb gənclərinin ümumiləşmiş sürətidir.

ANN.Az