"Qanun" nəşriyyatından "100 ən yaxşı kitab"

Kitab oxumaq istəyən, lakin seçim etməkdə çətinlik çəkən böyüklər və uşaqlar üçün "Qanun” nəşrlər evində yeni kitab çapdan çıxıb.

Kitabda məşhur kitab reytinqləri azərbaycancaya tərcümə olunub.

Kitabda aşağıdakı reytinq siyahıları və nüfuzlu ədəbiyyat mükafatlarına layiq görülmüş kitabların siyahısı verilib:

Nobel İnstitutu: Bütün dövrlərin və xalqların 100 ən yaxşı kitabı
"Le Monde”: Fransızların 100 sevimli əsəri
"The Guardian”: 100 ən dahiyanə roman
«Modern Library» 400000 nəfərlik sorğuda 100 ən yaxşı əsər
«Newsweek»dən siyahılar siyahısı
BBC, «The Observer» və «TIME»dan ən yaxşı 100-lük
«Daily Telegraph»: Kraliça ilə söhbət üçün kitablar
"Amerikanı yaradan 88 kitab”
İosif Brodskinin siyahısı
100 ən yaxşı dedektiv roman
100 ən yaxşı uşaq romanı
Rusiyada 100 ən sevimli əsər
Türkiyə məktəbinin 100 təməl əsəri

Kitabın tərtibçisi jurnalist Şahvələd Çobanaoğlu və Səkinə Namazovadırlar.

Edebiyyat.biz