"Qanun" nəşriyyatından daha iki kitab

Mümin Sekman  - DAVAMLI  ÖYRƏN

Türkcədən tərcümə:  Həcər Abbaslı

Həyatda necə uğur qazanmaq olar? Gənclər necə etməlidirlər ki, özlərinə münasib karyera qursunlar? Uğurun düsturu varmı?

Kitabın müəllifi Mümin Sekman hüquqşünas olmasına baxmayaraq, ömrünü bu yöndə araşdırmalara həsr edib, insanlara uğur qazanmağın yollarını öz təcrübəsindən istifadə edərək öyrədir. İlk olaraq "Fərdi İnkişaf mütəxəssisi” titulunu qazanan müəllif bütün kitablarını insanların həyati biliklərini təkmilləşdirməsinə praktik olaraq yardım üçün yazır. M.Sekman biliklərə yiyələnməyin, yaddaşı gücləndirməyin yollarını göstərir və biliklərdən istifadəni təlqin edir. Çünki uğur biliklərə yiyələnməkdən daha çox, ondan istifadədən asılıdır.

Bu kitab daha çox gənclər, həyatın başlanğıcında olan yeniyetmələr, tələbələr üçün nəzərdə tutulub. Amma karyerasının müəyyən mərhələsində olan və seçimini dəyişmək istəyən insanların da bu kitabdan öyrənəcəkləri az deyil.


Murad Köhnəqala  YUXULARIM

Kitabdakı hekayələri "Yuxularım” adlandırsam da, təsvir olunan hadisələrin heç birini yuxuda görməmişəm. Mətnlərin  yazılışında yuxugörmədən, sadəcə, bədii forma kimi istifadə etmişəm. Tətbiq etdiyim metod sonsuz insan iztirablarını əhatəli təsvir etmək üçün mənə geniş imkan yaratdı. Hekayələri oxuyarkən, real və mistik dünyanın qorxunc hədəfində insan iradəsinin necə aciz olduğunu görəcəksiniz. 

ANN.Az