“Qanun”dan daha 5 möhtəşəm kitab – SİYAHI

“Qanun”dan daha 5 möhtəşəm kitab – SİYAHI

"Qanun” Nəşrlər Evi dünyanın ən tirajlı əsərlərinin Azərbaycan dilində nəşrini davam etdirir. 

"Qanun”un son dərəcə nəfis və keyfiyyətlə çap etdiyi son kitablarını təqdim edirik:

"KARAMAZOV QARDAŞLARI" 

Dostoyevskinin çah əsəri sayılır. Əsər üç qardaş - Karamazov qardaşlarının atalarının yanına - Skotopriqonyevskə gəlmələri ilə başlanır. Əxlaqsız, həyatda heç bir prinsipi olmayan qoca Fyodor Karamazov o dövrkü rus cəmiyyətinin əsrlərlə oturuşmuş köhnə feodal quruluşunun rəmzidir. O oğullarının həyatında bir maneəyə çevrilib, hətta oğullarından birinin - Dmitrinin sevdiyi qıza - Qruşenkaya aşiq olub...

«ÖLÜMSÜZLÜK»

Milan Kunderanın ən maraqlı və çox oxunan nasirlərdən biridir. «Ölümsüzlük» onun ən çox düşünülmüş və eyni zamanda da intellektual nəsrin bestsellerinə çevrilmiş ən sirli romanıdır. O, oxucuları üslub rəngarəngliyi, hisslərin mürəkkəbliyi və qəhrəmanların düşüncələri ilə ovsunlayır.

Dahi Höte Heminqueylə söhbət edir. Bettina fon Arnim dahi Höteyə olan qeyri-adi hissləriylə əbədilik axtarır, iyirmi il xoşbəxt ailə həyatı yaşayan Anyes ölümdən sonra tək qalmağı arzuladığını başa düşür, üzgüçülük paltarında olan yaşlı xanım isə gənc və gözəl qadın ədasıyla yüngülcə jest edir – bütün bunları zaman və məkan boşluğu arxasından müəllif diqqətlə izləyir. Sanki onun əlində sehrli şüşə var, dairə boyunca qaçaraq zərif hərəkətlərlə və kobud düşüncələrlə, işlə, qayğılarla, özgələşdirilmiş sevgi və hisslərin illüziyası ilə bu şüşənin arxasındakı insan qəlbinin bir və əsas hissəsini – ölümsüzlüyü işıqlandırır.

"FERRARİSİNİ SATMIŞ RAHİBLƏ ÖZ TALEYİNİ ÖYRƏN”

Robin Şarma bu kitabını arayıcı həmkarlarına, kütlədən xaric olmaq üçün lazım olan cəsarəti göstərmiş və həqiqət adlandırılan məkana, yəni evə dönüş yolunu tapmış insanlara həsr edir: "Qoy sizin oyanmaq və həqiqi qüvvə ilə yaşamaq əzminiz heç vaxt itməsin. Qoy sizin öyrənməli olduğunuz dərslər sizə zərif tərzdə yetişsin. Qoy sizin ruhunuzun zülmət gecələri az və nadir olsun. Qoy sizin işığınız elə parlaq olsun ki, həyatınızın sonunda insanlar ayaq saxlayaraq desinlər: "Ah, bu öz həyatını dolu-dolu və tam yaşamış insandır””.

"TALE, AZADLIQ VƏ RUH HƏYATIN MƏNASI NƏDİR?”

Oshonun bu kitabı insanla əlaqədar sualları dərin bir şəkildə araşdırır: Ruh varmı? Əgər varsa o nədir? Karma anlayışı nədir? Tale nədir? Azadlıq Nədir? Həyatımızın müəyyən mənası və ya məqsədi varmı?

"Gələcəkdə insanlığın gedişatının çox fərqli formalarda müəyyənləşdiyini görəcəyik. Ən böyük fəlakət nüvə müharibəsi deyil. Bu müharibə insanlığı sadəcə yox edə bilər. Əsl fəlakət psixologiya elmindən gələcək. Bir insanın tamamilə necə idarə edilə bildiyini öyrənəcəklər. Şüurlu olmadığımız üçün əvvəlcədən müəyyən olunm8uş formada davranmağa yönəldilə bilərik”.

"Sən azadsan, amma azad hərəkət məsuliyyət gətirir – bu sənin əsarətindir. Buna istəyirsən əsarət de, gözəl bir kəlimə deyil, istəyirsənsə də məsuliyyət de. Mən elə deyirəm. Müəyyən bir hərəkəti seçirsən, bu sənin azadlığındır. Bu hərəkətin nəticəsi isə sənin məsuliyyətin olacaq.”

"TİRANLAR”

Diktatorların və onların bəşəriyyətə qarşı törətdiyi cinayətlərin tükürpərdən xronikası olan Tiranlar: Tarixin 100 Ən Dəhşətli Despot və Diktatorlarıtalesiz xalqlarının üzərində ağalıq edən yüz ən qaniçən qadın və kişi hökmdarları təqdim edir.
Bu kitab, körpə İsanın təqibçisi Böyük İroddan tutmuş, bəşər tarixində ən dağıdıcı müharibənin səbəbkarı və kütləvi insan qatili Adolf Hitlerə qədər tarixin ən qəddar despotlarını tədqiq edir və onların yaşadığı həyat, hakimiyyətə gəlişləri və özlərindən sonra qoyub getdikləri fəlakətlər və ağrı-acılar barədə dəqiq və ətraflı söhbət açır.
Dünyanın ən amansız istibdadlarının özlərindən sonra qoyub getdiyi dəhşətli və qorxulu əhvalatları aşkara çıxararaq onlar barədə ətraflı məlumat verməkdən çəkinməyən Tiranlar, siyasətin və hakimiyyətin qaranlıq tərəflərinin dəlil-sübutlu portretidir. 

ANN.Az