“Qarabağ hekayələri” antologiyası ikinci dəfə nəşr ediləcək

“Qarabağ hekayələri” antologiyası ikinci dəfə nəşr ediləcək

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə Milli Məclisin deputatı Qənirə Paşayeva və Türkiyənin tanınmış söz adamı İmdat Avşarın tərcüməsində Azərbaycan yazıçılarının Qarabağ mövzusunda hekayələrindən ibarət "Qarabağ hekayələri” antologiyası ötən il Türkiyədə türk dilində çap olunub.

AYB-dən bildirilib ki, bu nəşr qısa vaxtda oxucular tərəfindən böyük maraqla qarşılanıb və Ankarada, İstanbulda, Türkiyənin bir çox vilayətlərində, bölgələrində kitabın yaddaqalan təqdimat mərasimləri keçirilib. Oxucuların diqqətini cəlb edən kitab ikinci dəfə yenidən çapa hazırlanır.

Kitabda Xalq Yazıçısı Elçin, Sabir Rüstəmxanlı, Aqil Abbas, Əjdər Ol, Elçin Hüseynbəyli, Akif Əli də daxil olmaqla 21 Azərbaycan yazıçısının Qarabağ mövzusunda yazdıqları hekayələr yer alıb.

"Qarabağ hekayələri” əslində Qarabağ həqiqətlərini, müharibə ədəbiyyatını əks etdirən ədəbi ensiklopediyadır.