Ramil Əhməddən yeni kitab - “İki şəhərin yazıları”

Ramil Əhməddən yeni kitab - “İki şəhərin yazıları”

Şair Ramil Əhmədin "İki şəhərin yazıları” adlı kitabı nəşr olunub.

R.Əhmədin verdiyi məlumata görə, kitab rəssamlıq, kino, roman və poeziya sənətinə dair esselər toplusudur.

Ülvi Babasoyun redaktor olduğu nəşr "Mütərcim” Nəşriyyatında çap edilib.

Ramil Əhməd kitabda Bakını İstanbula, İstanbulu Bakıya aparan yazılarla çıxış edir. Bakıdan dünyaya çıxışın, İstanbuldan özünəqayıdışın mədəni, kultroloji, fəlsəfəsi esselərin də məna simmetriyasını formalaşdırır. Həyatı sənətin gözlüyü ilə seyr etməyin və bu baxışın yaratdığı yazıda var olmağın alternativ gözəlliyi iki şəhərin mədəni vəziyyətinə, melanxolik təbiətinə işıq salır.

Oxucu Van Qoqun rəsm dünyasından Andrey Zvyagintsevin və Abbas Kiorostaminin obyektivinin qarşısına düşür. Nabokov, Milan Kundera, Orxan Pamuk, Kurt Vonnequt kimi yazıçılara dair esselər