Ramiq Əsgərli -  Sartrın namuslu sevgisi

Ramiq Əsgərli - Sartrın namuslu sevgisi



 "Hamını  içinə sığışdırmış bütöv adam hamıdan,hamı da bütöv adamdan ibarətdir”

Jan Pol Sartr miskin  həyat  sürən kasıb gənc yazar idi. Facebookda bəzən şeir ,bəzən isə hekayələr paylaşırdı. Məqsədi isə oxucu kütləsi qazanmaq idi. Bununla belə, onu mərhəm yerinə  alan yox idi. Jan Pol Sartr , Aqata Kristi adlı qadınla sevgili olmuşdu. Aqata da onu almırdı. Aqata daha çox dedektiv janrda olan əsərlərə üstünlük verirdi. Səbəbi də Aqatanın, Kurtlar Vadisinə atası ilə çox baxmağı olmuşdu. Sartr, Aqatanı ehtirasını söndürmək üçün sevmişdi. Düşünürdü ki, Aqata ilə evlənib cinsi təlabatın ödəyəcək. Başlancıq pis deyildi. Parkda sevişən cütlükləri şəfqətindən ilham alan sevgililər , əvvəlcə nagahani sevişmə yaşadılar. Bu sevişmə onlar üçün ilk olduğundan, daha çox həyəcanlandırır və daha çox ürək döyüntüsünə səbəb olardı. Sevişmə səhnələrini yadlarına salaraq, yamsılamağa çalışar, bir-birinə həzz şirəsin necə daddırmasın düşünərdilər. Sartr, onun boğazının dərisin əmərkən, Aqatanı ovşundurar , ağzı da bir az açılıb ağacların arasından günəşin şəfəqlərinə sarı boylanardı . "Ifff” iniltiləri, Sartrın qulağına pıçıldadıqca, beyninə sirayət edər, ordanda övrətinə axıb yapışqan maye ixrac edərdi. Bu isə Sartrın buduna axdıqda özünü bürüzə verirdi. Bu cür sevişmələrin təkrarlanması, əvvəlkitək Sartra zövq verməməyə başladı. O , Aqata ilə yatmaq eşqinə düşdü. Aqata ilə yatmağa fürsət tapmayan , əsəbləri tarmar olan Sartr,  Aqataya onunla evlənməsin tələb etdi.
Özünü "el” qızı kimi göstərən Aqata , ona dedi ki: ”parkda hələlik sevişək, evliliyə sonra baxarıq, tezdi hələ”. Kələfin ucun itirən Sartr qəzəbli halda ona söylədi:
-Aqata, başa düş məni. Mən day özümlə bacarmıram. Mən Tanrı ilə sazişə girmişəm ki, masturbasiya etməyəcəm, fahişə ilə də olmayacam.Yalnız sevdiyim qadınla. Hər dəfə  ombalarını nümayiş etdirən qadınları görəndə, heç bilirsən nələr çəkirəm?
-Evlənmək tezdi.
-İcazə ver, vücuduna sahib olum.
-Uff... yaxşı. Amma mən namuslu qızam. Ailəmiz də iffətli ailədəndir. Ona görə də bakirəliyimdən verə bilmərəm, analdan verə bilərəm.
-Yox, Aqata. Sənin kanalzasıyan mənə lazım deyil. Ondansa Məsmə xalanın toyuğu, qazı ilə sevişərəm. Onlar səndən də yaxşı həzz verər.
-Toyuq nədi, qaz nədi , nə danışırsan?  Bəyəm,insan heyvanlarla sevişər?
-Ay qız!  Sən heç televizora baxmırsan?  İnsan başına oxşar quzu, ayağı: insan ayağına oxşayan çəpiş necə yaranır bəs?
-Mən günah iş görmək istəmirəm, Sartr?
-Bəlkə siğə edək? Hacı Şahin deyir ki, savabdır.
-Yaxşı.
Molla Qulunun axund olduğu məscidə gəlirlər. Molla Qulu həmin anda, Avropa Olimpiyadasında oxumaq üçün təşrif buyuran, Şeyxin təklifi ilə islamı qəbul edən Lady Qaqa ilə təharətdə mazaxlaşırdı. Molla Qulu Lady-ə,  "Molla  ilə  etmək savabdır” – deyə kələkliyərək günahlarının silinəcəyini söyləmişdi. Molla Qulu təharətdən çıxıb , qüsl alıb və Ladyni yola saldıqdan sonra , məscidin içinə daxil olur. Molla, Sartrla Aqatanın kayflı-kayflı siğə əqdini oxuyaraq, mütə nigahını bağlayır. Fəqət, Aqatanın bakirəliyin eşidəndə:” əşi boş verin. Sistaniyə görə vəlinin razılığı olmasa da olar. Digər fəqihlərə görə "ehtiyatul vacibə”(texniki tərəfdən)  girir”söylədi. Əqdin  müddəti iki gündən ibarət oldu. Sartr , bir ev kirayəlib, hər şey hazır olanda Aqata dedi:
-Sartr, mən yenə də qorxuram. Bəlkə siğə günahdır? Gəl , əqidəmizi-məzhəbimizi dəyişək. Başqa məzhəbdə icazə versə edərik. Sartr etiraz etməyib, razlaşır. Məzhəblərin dəyişirlər. Sartr görür ki, bu əqidə də siğə haram olsa da, vəlisiz kəbin kəsmək mümkündür. İki şahidin-fəhləçiliyi özlərinə sığışdırmayıb , məsciddə gününü keçirməklə , arvadlarının tumanlarını sədəqə ilə alan şəxslərin iştirakı ilə  və bir də İmamın vəliliyi ilə kəbin kəsilir(baxmayaraq kı,Aqata iştirak etmirdi).
Sartr , Aqataya zəng edərək deyir:
-Aqata, kəbin kəsildi. Sabah kirayələdiymiz mənzildə ol.
-Necə?  Siğə bu məzhəbdə də halaldı?
-Yox, biz daimi nigah etdik.
-Bu necə olur?! Axı atam razı olmayıb!?
-Sənin atan kafirdir.
-Yox! müsəlmandır .
-A kişinin qızı! Kafirdir. Namaz qılır?
-Yox!
-Pirə gedir?
-Hə gedir.
-Polnu zındıqdır. Sabah dediyim yerə gəl.
-Oldu.
Lakin sabahsı gün Aqata həmin yerə gəlmir. Əvəzinə Sartra "whatsapp”-da belə məktub göndərir:
”Sartr, məni bağışla. Mən bunu edə bilmərəm. Mən ailəmin namusunu heç vaxt yerə vurmaram. Sən adıma söz gətirirsən. Bizimki sənlə tutmaz. Anam da deyib ki, Sartr bomuj yazardır. Özünə uyğun birini tap. Sən əxlaqızsan,  Sartr.  Mən namuslu qadınam ". Sartrın bütün ümidləri qırılır. Qəm bataqlığında çavalamağa başlayır. Bir müddət keçdikdən sonra, vicdanı dözmür. Düşünür ki, həqiqətən də iffətli qadına o cür təklif etməklə düzgün iş tutmayıb. Qərara gəlir ki, sabah axşam Aqata gilin evinə gedib, ailəsindən üzr istəsin. Darvazanın ağzına çatmamış, məmur balası Lev Tolostoyun "Lange Rover”-in görür. Aqata ilə Tolostoy maşının içində sevişirdi. Anası darvazadan çıxıb , onları səslədi:
-Uşaqlar, hava soyuqdur; xəstələnərsiz. Mitilinizi salmışam . Gəlin evə...
Bu mənzərəni gözləri ilə görən Sartr, özünə gələ bilmədi.Keçirtiyi emosiyalar,əsəblər həddin elə aşdı ki, ondan qurtulmaq üçün trasın ortasına çıxıb oynamaq qərarına gəldi. Əllərini havaya qaldırıb, dingilləməyə başladı:
Ay qız sənə mayiləm,
Boynunda həmayiləm.
Dost payı şirin olar,
Hər nə versən qayiləm.
Qaşın gözün , şirin sözün
aldı mənim canımı,
Mən sənə qurban
Mən sənə heyran.
Ay xanım,xanım ,
Sən mənim canım
Qurbanın olum
Gəl səni alım
Ay xanım...
Beləcə səhərə qədər trasda , bu mahnını oxuya-oxuya getdi. Maşınlarda onun yanından siqnal edə-edə, söyə-söyə keçirdilər.Səhərin gözü açılmamış , təcili tibbi yardım maşını onu, Məştəğa dispanserinə apardı.
 Sevdiklərindən ayrılan qadınlar iki qismdir:
Ayrılıqdan sonra özünü alçaltmış hiss edilən qadınlar. Bu cür qadınlar , dərdlərini unutmaq üçün gücləri çatan : bəziləri tanınmış oğlanla , bəziləri simpatişni oğlanla, bəziləri varlı kişilərin balaları ilə və ən axrıncıları isə facebookda divejeniyalik edən səhifə adminlərinin biri ilə oteldə,kirayə tutulan evlərin birində , altına yıxılaraq hüzünlarını bayram edər.
İkinci qism qadınlar isə,bundan məhrum olub , musiqiyə qulaq asmaqla, kitab oxumaqla və ayrılıq və ümidli statuslar yazmaqla sevgilərinə yas saxlayarlar. Bəzən isə ümid çırağı kimi düşündükləri oğlanları fikirləşərək, gecələr vücudları ilə sevişərlər. İstəlinən halda  bu cür qadınlar sevdiklərindən başqa , digər oğlanlara əl verərlər .