Ramiq Əsgərli -

Ramiq Əsgərli - "Sevgilisindən nənəmə məktub"


Tər-Tər rayonu, Kolanı kəndi, gecənin zülməti olan bir vaxt. Şiddətli külək, həyətdəki qapalağı taqqılıltı ilə çırpırdı. Küləyin uğultusunun beyin hüceyrələrinə olan sirayətindən, düşünərdin ki, insan çığırtıları ətrafa cövlan etmişdir. Sanki hava, bu gecə kərpiçdən hörülmüş evin daxilində nə baş verəcəyini duymuşdur. Çırağın dalğalanan şəfəqi, otağa xəfif tərzdə yayılırdı. Bir neçə günü idi ki, yerdə, yönü qibləyə tərəf uzatılmış, ölüm dayanacağında "ölüm mələyi”ni gözləyən səksənyaşlı bir vücud, gözlərini bərəldərək olub-keçənləri düşünürdü elə bil. Vaxtı ilə bu vücud: aynaya baxıb gözəliyindən zövq alar, bəzənərək nazlanar, təravətli harmar dərisini sığallayaraq tumarlanaR, saçlarının şöləsi gözləri qamaşdırar, çöhrəsinə qadınların paxılığı tutar və kişiləri ehtiraslı cazibə qüvvəsi ilə özünə tərəf ahənrüba edərdi. İndi isə həmin vücudun dərisi sallanaraq qırışmış, saçları tökülmüş və hətta elə bil simaya gəlmiş ki, insanlar onun can verməsinə o qədər də heyifslənmirdilər. Səkkizyaşlı uşaq, yəni mən: ondan bir az aralıda uzanıb, yorğanı başıma çəkərək, küləyin pıçıltısına qulaq asırdım. Anam, bibim və əmimin həyat yoldaşı vəsf etdiyim vücudun sahibi olan nənəmin keşiyini çəkib, söhbət edirdilər. Bir neçə dəqiqədən sonra otağa sükut çökdü: keşikçilər gözlərinin acılarına tab gətirməyərək, yatmaq qərarına gəldilər. Lakin, mən hələ də yatmamışdım. Çırağın tavana saçdığı dairəyə baxıb, dalğın düşüncəyə dalırdım. Elə bu zaman nənəmin iniltisini eşitdim; o, asta-asta zarımağa başladı. Gözləri mənə dikilmişdi nədənsə. Mənə:"bura gəl” deyirdi elə bil. Bir az hürkdüm, lakin mənə necə müamilə etdiyini yadıma salıb toxtdadım. Yerimdən durub nənəmə tərəf gəldim. Danışa bilməyən nənəm,asta-asta titrək əllərini sinəsinə doğru apardı.Sinəsindən parçaya bükülmüş bağlamanı çıxartıb, mənə tərəf uzatdı. Əsə-əsə bağlamanı alıb, ovcumda sıxdım. Qadının dərindən necə köks ötürdüyünü də müşahidə etdim. Nənəmdən uzaqlaşıb,yerimə tərəf iməklədim.

Səhər açıldı. Bibimin fəryadından yuxudaikən səksəndim(Öləcəyini bildiyin halda niyə şivən qopararmalıdır ki,qadın tayfası?). Molla Xanəli nənəmin başının üstündə quranı ağsaq və kobud tərzdə qiraət edirdi. Daha sonra, nənəmi basdırmağa apardılar. Nənəmin əsəbləşəndə: "vələdizina,sən hardan saxladım?” dediyi əmim Taleh, əvvəlcədən bir neçə şəxs ilə gəlib, qəbri qazmışdılar. Kəfənə bükülmüş nənəmi qəbrə qoyub basdıranda, onun mənə etdiyi əzizləmələri xatırlayıb, qəhər kəndirində boğulurdum. Hər zaman mənə dediyi:” Ay mənim, şəkər nəvəm” xitabına çox darıxacam. Bununla belə məni maraqlandıran; nənəmin mənə verdiyi bağlama idi. İntizarla fürsət tapıb, oxumağı düşünürdüm. Molla Xanəli mağardakılara lətifə danışdığı vaxt, mən preslənmiş və üstü çadıra ilə örtülmüş ot tayasına yaxınlaşdım. Bir neçə preslənmiş otun çıxarıldığı yerə tərəf gəlib, çadıranın altına girdim. Günəşin şəfəqləri çadıranın altın, əlvan rəngə boyayırdı. Bağlamaya bərk-bərk düyn vurulduğundan parçanı cırdım. Sən demə parçaya zərf bükülmüşdü. Parçanı cıranda o, iki presin arasına düşdü. Əlimi bir təhər salıb onu götürəndə, presin çöpləri biləyimdən dirsəyimə qədər, qollarımı cızdı. Çərpazvari bağlanmışdı, həyəcanla içində nə olduğunu düşündüyüm zərf(təxmin etmişdim ki,məktub var). Zərfin kağızın cırdım;yapışqanı qopmadı, bir-birinə möhkəm pərçinlənmişdi. İçindən məktub çıxdı. Qəribədir; məktub skoçlanmışdı. Skoçu nagahanı baxışlarla cırıb, məktubu oxumağa başladım:
”Kainatımın günəşi, Sevgi zəbərcədimin düyməsi Solmaza hörmətlə”. Bir az duruxdum; nənəmə bu məktubu kim yazıb? Babammı? Əgər babamsa niyə atama: ”Məni mərhəm yeri kəsilmiş, zinakar əclafın yanında basdırmayın” vəsiyyətin etdi, nənəm? Məktubu oxumağa davam etdim :
”Gözəlim,sən mənim ilahəm oldun,mən isə sənin abid qulun.Köksümdə ürəyim,hələ də sənin üçün çırpınır,gözlərim simana tamaşa etmədiyi üçün yaşlanır, dodaqlarım ağızının şirəsin dadmadığı üçün quruyur, qoxunu içimə çəkmədiyim üçün aləmdəki iyləri duya bilmirəm, gözəlim, duya bilmirəm.Saçlarına oxşayıb, qulağının məməciyini öpüb ovşundurmağı, bir də yaşıya biləcəyimi də sanmıram. Fəqət həsrət odunda alışmaqdan savayı əlimdən nə gəlir ki, gözəlim? Məndən son istəyimi soruşdular. Son istəyim isə sənə məktub yazmaq oldu: içimdəkiləri sənə boşaldıb, həyata sonra əlvida demək idi, mənim istəyim. Yadındamı Mirovun döşü? Mən, qazel 53-lə heyvanları daşıyardım, atanın qoyunlarını deyirəm. Sən isə yolun kənarında həmin an lalələri toplayırdın, züm –zümə edə-edə, nazlanıb başını sağa-sola əyə-əyə. Atan səni görüb, mənə dayanmağı əmr etdi. Gözüm sənə tərəf döndü. Sən o zaman mənə, qadınlıq bağçasında yenicə açılmış qönçəni xatırlatdın. Fəqət hələ də uşaqlıq aləmindən xilas olmamışdın. Bəlkə də səni bal edən bu amil idi. Atan səni səslədi. Və sən dil açıb:”hay!Gəlirəm indi, bir az gözlə” söylədin. Səsin, yaz gəlişi ilə eyvanda yuva salan qaranquş səsinə oxşadı həmin an; tələsik şəkildə şirin ləhcə ilə cavab verdin. Bu səni gördüyüm ilk gün idi. Yadındamı? Quzuları otarmağa görə atana israr etdin. Həmin günün əsr vaxtı, quzunun birin itirdin. Məni görüb, qəmgin halda sənə kömək etməyimi xahiş etdin, dəhşət qorxmuşdun. Biz quzunu axtardıq. Nəhayət onu, dəvə çuxurunda ölmüş halda tapdıq. Sən demə, quzuları yaylaqdan gətirdiyin zaman, quzu qayadan aşmış və sən bunu hiss etməmişdin. Quzunun ölümünə görə özünü günahkar bildin. Mən isə sənə təsəlli verdim. Qərara gəldik ki, bu hadisəni heç kəsə deməyək; sabah bel gətirib quzunu basdıraq. Sən təklif etdin. Bu isə yenidən səninlə tək qalmaq üçün mənə, intizarlı fürsət idi, tərəddüd etmədən razlaşdım. Sabah beli götürüb həmin yerə gəldik. Quzu üçün söylədiyin təsirli nitq,məni gülməyə sövq etdi.M əsumluğundan tərənnüm edən hərəkətinə gülmək, səni utandırdı. Təbəssüm edə-edə: ”gülmə deyirdin” mənə. Yenə də özümü saxlaya bilməyib gülürdüm. Sən isə özündən çıxırdın. Sonra biz, əlimizə salavat çəkmək üçün çayın qaşına gəldik. Mən özümdən aslı olmadan, sənin çöhrəndən öpdüm. Sən üzün pörtdü, qıpqırmızı qızardın. Bir az üzümə təəccüblə baxıb, başını aşağı dikdin. Bir neçə saniyədən sonra oğrun-oğrun təbəssüm etdin. İşıldayan gözlərini mənə zilləyib, sivri saqqalımda əllərini gəzdirdin. Sonra isə durub qaçdın. Həmin gündən ora, sevgi məkanımız oldu. Biz tez-tez görüşməyə başladıq. Eşq bağçasında güllərimiz açdı. Çiyələk tamı verən dodağını öpəndə, müntəzir olub, cahil öpüşə qərq etdin məni. Çox həyəcanlanmışdın; ürəyinin döyüntüsün, qabarmış köksündə əlimi sıxanda hiss etdim. Mənsiz həyatını təsəvvür etmək istəmirdin. Bu səni çox qorxudurdu. Yadındamı? Hələ bir dəfə demişdin ki:”sən birinci ölməyəcəksən, elə bir şey olsa, səndən qabaq özümü öldürərəm” . Həqiqətən bunu yazmaq mənə ağır və utancvericidir. Mən sonra yanan eşq ocağımıza su səpib , səni tərk etdim ki, yalançı bir insanla həyatını çürütməyəsən. Mən sənə yalan demişəm. Mənim nə ailəm var idi nədəki qohumum-əqrabam. Mən bir əyyaş idim. Fahişələrə, içkiyə, qumara qazandığını xərçləyən əyyaş. Qazel 53 dostum vermişdi ki, pul qazanım, yarsı da ona çatırdı pulun. Atan səninlə bizim aramızda olanları biləndə, ümidlərim söndü. Sənə yalan deyəndə, fikirləşirdim ki, həyatımı gözəlləşdirdikdən sonra həqiqəti deyəcəm; məni tərk etməyini istəmirdim. Atan məni qovdu. Sənə də əyyaş olacağımı deməklə hədələdi. Bilirdim ki, yalana görə məni bağışlamayacaqsan. Bir şeyi də bil ki, səndən sonra mən bunları tərk etmişdim. Keçmişim idi ki, qara bulud olub məni izləyirdi. Sonra sənə əttikdə işləyən Kamilin oğlu elçi düşdü. Bilirəm, mənə görə razı olmadın. Amma mən istəyirdim ki, sən ona ərə gedərsən. Bilmirəm, bunu söylədiyimə görə məni bağışlayacaqsan ya yox, əslində mən sənin qaçırtmağını, oğlana təklif etdim. Bilirdim ki, həmişəki kimi görüş məskənimiz olan dəvə çuxuruna gəlib,  bir də ora nə vaxt qayıdacağımı intizarla gözləyirsən. Səni tutub cığırda dayanan Oğaza tərəf aparanda, mən o zaman qayanın arxasında seyr edirdim. Sən məni səsləyəndə, hönkür –hönkür ağlayıb, talehimdən şikayət edirdim Tanrıya. Saçlarını yolub fəryad edəndə, üzümə-gözümə vurub, özümü danlayırdım. Bir neçə dəfə onların əlindən qaçdığını da gördüm, sıldırma tərəf qaçıb özünü atmaq istəyirdin. Mən həmin an ayağa qalxıb səni səsləmək istədim, çatmasaydılar təbbi. Bakirə ruhun təcavüzə uğrayanda, bilirdim ki, artıq gecdi, barışacaqsan həyatınla. Fəqət mən barışa bilmədim. Səndən uzaqlaşıb, hər şeyi unutmaq qərarın verdim. Hər an sən :üzünü səmaya dikib, qəhqəhə ilə etdiyin gülüşlər, inciyərkən körpə mısmırıqlarını sallamağın, məni qucaqlıyıb mənə məxsus olduğunu söyləməyin, sevişərkən gözlərini yumub nə edəcəyini bilməyib məni yamsılmağın yadıma düşdükcə, tənhalıq otağıma çəkilib içki ilə hüznumu qeyd edirdim. Yeknəsaq külək, köksümdə əsirdi elə bil. Boşluğa qərq olmuşdum. Həmin boşluğu da necə dolduracağımı bilmirdim, əslində bilirdim , amma gec idi. Mən sənə demişdim ki:”sənsiz yaşıya bilmərəm”. Doğrudan da yaşıya bilmədim. Həyatımı sənə sərf etməklə boşluğumu doldurmaq istədim; sənə tərəf üzən hər bir çətinliyə bənd salmaqla. Mən beş ildən sonra qayıtdım, lakin intim şəkildə; məni tanıyanlardan gizləndim.S ənin o zaman üç yaşında oğlun var idi. Birgə yaşadığın kişi, Məşəd ziyarətinə getmişdi həmin vaxt. Sənin baqqala girdiyini gördüm. Tükanın girəcəyində durub, söhbətinizə qulaq asırdım. Sən deyirdin ki:”kişi məşəd ziyarətindən qayıdan kimi hamsın ödəyəcəm. Uşaq üçün bir az süd ver heç olmasa”. Baqqal razılaşmadı. Kor-peşiman və nə edəcəyini bilmədiyin halda tərk etdin tükanı. Mən baqqala gəlib, nisiyə dəfdərindən bütün borclarını sildirdim. Bir neçə zənbil ərzaq da aldım. Qonşuda olan balaca uşağa verib, sənə gətirməsin xahiş etdim. Gizlin bir yer tapıb müşahidə də elədim. Uşaqdan nəsə soruşub sonra ayna-bayna baxmağını da gördüm. Bəlkə də mən olduğumu hiss etmişdin. Kamilin oğlu Tərlan-sənin həyat yoldaşın Məşəd ziyarətindən qayıdıb, Məşədi titulu ilə ad-san qazandı. Kənddə seçilməyə başladı, həmin siğəbaz. Bir neçə müddət sonra, çayxana da onun nə ilə məşqul olduğunu eşitdim. Sən demə, qonşu kənddə bir qadınla siğə edib, yaşayırmış. Dözə bilmədim. Həmin gecə çox düşündüm. Sən kimi bir qadına necə qıydı axı, xəyanəti?! Mən etdiyim səhvi düzəltmək qərarına gəldim. Məşədinin həmin qadınla qaldığı evi tapdım; onu izləməklə. O, evə girdikdən sonra, bir az gözlədim. Səndə bilirsən, mən hər zaman poladdan olan xəncəri üstümdə gəzdirirdim. Həmin anda da üstümdə idi. Qapını döydüm. Məşədi qapını açdı. Bir az üzümə heyrətlə baxdı. Mən isə onun sinəsindən vurub, içəri itələdim. Qadının divandan hürkmüş halda qalxdığını gördüm. Körpə uşağı əmizdirirdi həmin an. Gözlərimin içi ağappaq ağarmışdı. Alnımı qırışdırıb, burnumu büzüşdürərək necə qəzəbə malik olduğumu nümayiş etdirirdim. Evin içindəkilər asi olmuşdu; ibadətimdən zövq aldığım ilahəmə. İlahıma mürtəd olanın bir cəzası vardı; yalnız ölüm. Məşədi də qadın da və hətta uşaqda günahkar idi. Xəncəri Məşədinin boğazına sancdım. Qan üstümə fışqırdı. Qadın qışqırıb, qaçmaq istədi. Arxadan yaxalayıb boğazının dərisin üzdüm. Sürüyərək Məşədinin yanına gətirdim. İkisi də can verirdi. Məşədinin şalvarını soyundurub cinsiyyət orqanını kəsdim.X alçanın üstü qana boyanmışdı. Ayaqqabımın altından qan gölməçəsi axdığı üçün bir neçə dəfə sürüşdüm. Etdiyim hər bir hərəkət ani anda baş verdi, nə etdiyimi özüm də bilmirdim. Məşədinin cinsiyyətin qadının ağzına qoydum.Sonra çığıran uşağa tərəf gəldim. O, Məşədinin günah toxumundan əkilmişdi. Lakin xəncəri qaldırıb ona sancmağı bacarmadım. Xəncəri tullayıb qəzəbimdən xilas olmaq üçün oranı tərk etdim. Məni qınadın: ”səfeh , əski qədər dəyəri olmayan qısqanclığından uşaqlarımı yetim qoymaq üçünmü qayıtdın?” söylədin. Hardan biləydin ki, sənin qaçırılmağını mən təşkil etmişdim, sənə asi olanların və etdiyim səhvi düzəltmək üçün bu cinayəti , həmçinin, törətdim. Heç kimin səni aldatıb, xəyanət etməyə haqqı yoxdur.O, mən idim ki, tövbə edib sənə itaət edərək, günahımı sənə xəyanət edənlərə hədd uyğulamaqla yumağa çalışdım. Bilirəm, Məşədi olduğuna görə günahını ört –basdır etdilər: guya dul qadına sədəqə verərək, kömək əli uzadırmış. Mən də ondan əvvəlki ədavətin qisasın almağa görə izləyib, öldürməyi düşünmüşəm; Axı necə söyləyəcəydim ki, sevdiyimi mən özüm ona təslim etdim? Sənin şahidliyinlə təsdiqini tapdı. Mənim üçün sən vacib idin. Sən isə məni günahkar bildin. Sabah məni ağır cinayət törətdiyimə görə sibirdə: baxçar rayonunda yerləşən həbsxanada edam edəcəklər. Tanrı məni bağışlamasa da sən bağışla. Bu mənim üçün kifayət edər. Səni sevirəm. Günahkar Qulun tərəfindən yazıldı, göz yaşlarının damcılarına qərq olan bu məktub.”
Mən məktubu oxuyub qutardıqdan sonra, düşünməyə başladım. Əvvəllər babamın qatilinə lənət oxuyurdum ki, indi babam sağ olsaydı məni əzizləyərdi;o isə bundan məni mərhum etdi. Ona qarşı olan kinim yox oldu. Amma iş bununla da bitmir: Nənəm oxuyub-yazmağı bilmirdi. Bu məktubu da heç kəsə göstərməmişdi: bibim nənəmin cansız vücudun yuyanda demişdir ki,: ”həmişə sinəsində bir bağlama hərliyərdi, heç kəs cürət edib,ona toxuna bilməzdi. İndi isə yoxdu”. Həmçinin məktubun qutusu, bərk –bərk yapışdığından bilinirdi ki, ağzı bir dəfə də olsun açılmamışdı, amma nənəm onu özü ilə gəzdirib, talisman etmişdi.Bəlkə də, bunu müqəddəsləşdirib. Məktubun içindən xəbəri olmadığı halda niyə babama:”cinsiyyəti kəsilmiş zinakar”deyirdi, bəs?.Aha, bəlkə kiçik əmim Taleh, nənəmə məktub yazan şəxsin, öldürmədiyi uşaq idi? İstəlinən halda nənəm üçün bu məktub müqəddəsdi. Adətən, insanlar müqəddəs hesab etdiklərinin axirətdə şəfaətçi olduğuna inanar, onlar ilə birgə olmağını fikirləşirlər. Deməli,bu məktubu nənəmin qəbrində basdırmalıydım. Şər qarışanda, müqəddəs işi görmək qərarını verdim.Ətrafda heç kəs yox idi.Çox qorxurdum.Titrəyirdim.Nival havası məni bürümüşdü.Şaqqıltıları eşitdikcə ,qəbristanlıqda olan şəkilləri gördükcə gözümü yumub fikir vermirdim. Müqəddəs misiyanı yerinə yetirmək, təsəllim idi, güc tapırdım. Nənəmin hələ baş daşı qoyulmayan, üstü çəhrayı parça ilə örtülən qəbrinə yaxınlaşdım. Özümlə gətirdiyim balaca bellə qəbrin bir yerindən torpağını təmizlədim. Kəfənə az qalmış məktubu qəbrə qoyaraq üstün basdırdım. Dərindən köks ötürüb, evə tərəf addım atdım. Kənddə qəbirstanlıqlar, adətən, sahə-tarla tərəfdə olur. Yolla gələndə ay yoluma nur saçırdı. Qəbirstanlıqdan çıxdığım an kölgədən, kiminsə mənə arxa tərəfdən boylandığını gördüm. Qorxumdan qəflətən arxaya çevrilib, gözümü yumub boynunun kökündən lapatkanın sivri yerin vuraraq, başını üzdüm. Lapatkanı tullayıb, evə sarı götürüldüm. Çox qorxmuşdum, güclə nəfəs alırdım. Evdəkilərə adam öldürdüyümü demədim. Sabahısı gün hadisə yerinə yaxınlaşanda, günəbaxan bitkisisinin papağının qopub lapatkadan bir az aralıda düşdüyünü gördüm.