Rasim İlyas. Baklanlar adası (HEKAYƏ)

Rasim İlyas. Baklanlar adası (HEKAYƏ)

Sakit okeanın cənubunda materikdən minlərlə kilometr aralı, kiçik bir, yaşıllıqlarla örtülmüş ada vardı. Bu ada yüz minlərlə il əvvəl güclü bir vulkanın püskürməsi nəticəsində əmələ gəlmişdi. Buranın ilk sakinlərinin kim olduqları məlum deyildi. Burada yaşamış quşların peyinləri minlərlə il vulkanik  adanı mümbitləşdirmiş, və ada yaşıl bir cənnətə çevirmişdi,  vulkanın soyunuş kraterində isə təmiz və şəffaf suyu olan göl əmələ gəlmişdi.

Yaşıl adanın sakinləri qağayılar və baklanlar idi,  qağayılar illər idi ki, baklanları istismar edir, onların kiçik qanadları olduğu halda uşa bilmədiklərinə lağ edir, hətta özlərinə quş deməyi belə qadağan etmişdilər. Lakin baklanlar uşa bilməsələr də çox mahir üzgüçülər idilər. Onlar okeanin dərinliklərinə baş vuraraq balıq ovlayırdılar, gağayılarsa onların ovladıgı balıqları yeyib beləcə kef edirdilər. Baklanların buna dözməkdən başqa çarəsi qalmırdı, çünki bu adadan getmək üçün minlərlə kilometr yırtıcı balıqlayla qaynaşan okeanı üzüb materikə çatmaq lazım idi. Qağayıların cox zülmkar bir kralı vardı,  qağayılar adanın ən gözəl təbiətli yerlərində yaşadığı halda, baklanlar okean kənarındakı boz qayalıqlarda məskunlaşmışdılar.  Qağayı Kralın zülmü günü-gündən artırdı, o baklanlardan hər gün əvvəlkindən daha cox balıq ovlamağı tələb edir, buna etiraz edənləri isə adadakı qaynar qeyzerə atdıraraq cəzalandırırdı. 

Günlərin bir günü ada sakinləri gecənin birində dəhşətli bir gurultu səsinə oyandılar, hərkəs öz yuvasından çıxıb adadan çox uzaqda, üfüqdə səmaya püskürən alov və tüstü gördülər, hamı vahimə içində bunun nə olduğunu fikirləşirdi. Beləcə bu alov aylarla davam etdi və tədricən azalaraq yalniz üfüqdə kisik bir tüstü qaldı.

Qağayı Kralı bir neçə qağayını oraya göndərərək nə baş verdiyini öyrənmək istədi . Tənbəl qağayılar bir neçə dəfə cəhd etlələr də məsafə çox böyük olduğundan yarı yoldan geriyə döndülər.  Kral bir necə cəsur və mahir üzgüçü baklanı yanina çagırtdırıb onlara tüstü kələn tərəfə üzüb nə baş verdiyini öyrənməyi əmr etdi, və birbaşa geriyə onun hüzutuna gəlməyi tapşırdı. 

Baklanların içində bir Gənc baklan var idi, o həmişə Kralın necə zülmkar olduğunu, onları istismar etdiyini deyirdi. Və bu zülmdən qurtarmağa çağırırdı, lakin daha yaşlı baklanlar ona Kralın necə ədalətli və müdrik olduğunu deyir, qeyzerdə yanmaq istəmirsə sakit oturmağı, Kral haqqında belə danışmamağı tövsiyyə edidilər. 

Gecə yarısı Gənc baklan sahildə dayanıb tüstü gələn tərəfə baxırdı. Və sahilə bir neçə baklan və qağayının yaxinlaşdığını gördü, onlar nə barədəsə dalışırdılar. O gizlənərək onların söhbətinə qulaq asdı. Və başa düşdü ki. Baklanlar tüstü gələn yerdə nə olduğunu öyrənməyə gedirlər. Gənc baklani maraq bürüdü. O onların dalınca suya atılaraq bir az aralıdan arxalarıyca üzməyə başladi. O həftələrlə üzdü, və nəhayət tüstünün bir yeni vulkanik adadan gəldiyini gördü. Ada boz və qara, sönmüş lavada ibarət idi. Onun kratetindən su buxarı püskürürdü. Digər baklanlar da bunu görüb geri qayıtdılar, Gənc baklan da yenə onların ardınca üzübgeri qatıtdı. Yaşıl adaya çatdıqda baklanları qağayılar qarşılayaraq kralın yuvasına apardılar. Gənc baklan isə gizlicə qayalıqdakı öz yuvasına qayıtdı və dostlarını yığaraq yeni bir ada tapdığını və oraya gedib Kralın zülmündən qurtula biləcərlərini dedi. Kral baklanları dinlədikdən sonra onları qeyzerə atıb yandırmağı əmr etdi,  və dedi:
- Adada şaiə yayın ki, onları tüstü gələn tərəfdə od püskürən bir əjdaha onları yandıraraq öldürüb. Heç kim orada yeni bir adanın olduğunu bilməməlidir. 

Lakin gənc baklanlar bu xəbərin doğru olmadığını bütün baklanlara danışdılar, və gecənin birində onlar okeana atılaraq yaşıl adanı tərk etdilər. Yeni adada nə meşə, nə ot, bitki olmamasına baxmayaraq baklanlar burda çox xoşbəxt idilər.  

Baklanlar adalarını yaşıllığa çevirmək üçün qağayılardan ovladıqları  balıq əvəzinə quş peyini və mümbit torpaq almaq təklif etdilər. Tənbəl qağayılar buna razı olmaqdan başqa çarəsi qalmadı.  Minlərlə il adada yaşamış quşların  peyinin və mümbit torpağı qağayılar bir necə ilə baklanlarla balığa dəyişdilər, və yaşıl ada boz səhralığa çevrildi. Aclıq və səfalət adanı bürüdü, həmən ili El-Ninyo da gəldi,  və adada quraqliq, aclıq və xəstəlik, malyariya baş alıb gedirdi. Buna dözməyən qağayılar üsyan edərək zülmkar Kralı devirib adadan qovdular. Baklanlar adaya qayıdıb qağayılara ov etməyi, çalışmağı öyrədib yenidən adanı cənnətə şevirdilər. Qağayılar anladılar ki, uça bilməsələr də,  baklanlar da onlar kimi bir quşdurlar