Rasim Ziya - Rabitə

Rasim Ziya - Rabitə

Nə vaxta qədər ki, namaz yalnız bədənlə icra olunacaq, o vaxta qədər də müsəlmanlar arasında fikir ayrılığı və ixtilaflar hökm sürəcək. Əsil ibadət ruh və cismin müdhiş əməkdaşlığını anlamaq və varlığımızı təşkil edən bu iki komponentin möhtəşəm harmoniyasını duymaq yolu ilə həyata keçirilməlidir. Məhz bu zaman Yaradıcı və Ali Qüvvələrlə əlaqəni təmin edə, zəruri informasiyanı ala (vəhy yolu ilə) və lazımi məlumatları verə (dua yolu ilə) bilərik. Maddi aləmlə əlaqəmiz cismin hissiyyat orqanları vasitəsilə təmin olunursa, Allahla əlaqəmiz ruhi hissiyyat mərkəzləri ilə təmin olunur. Dünyəvi həqiqətlər elektrik siqnalları formasında beynimizə çatırsa, ruhani həqiqətlər kosmik enerji formasında ruhumuza - daha konkret desək, ruhumuzun bədənimizdə qərar tutduğu qəlbimizə çatır. Allahla insan arasında enerqoinformatik əlaqələr mövcuddur və bu əlaqələr əsasən yuxu yaxud vəhy formasında özünü təzahür edir. Düşünərkən insan beynində elektrokimyəvi reaksiyalar gedir və bu reaksiyalar nəticəsində beyin qabığının üst nahiyyəsindən kainata elektrik impulsları şüalanır. Əgər bu şüaları deşifrə etmək mümkün olsaydı, ayrılan dalğaların informasiyanın enerjiyə transformasiyasından ibarət olduğunu aşkar edərdik. Bizim düşüncələr Allaha bu formada çatır. Bu səbəbdən düşüncələrə (artıq biz bilirik ki, onlar energetik informasiyadır) diqqət etmək lazımdır...