Reaktiv qanadı olan mələklər - FOTOLAR

Reaktiv qanadı olan mələklər - FOTOLAR

Dmitriy Şorin — Sankt-Peterburqda yaşayan müasir rəssamdır. 

Dmitriy müasir qızın həyatındakı təsirli  məqamları real şəkildə təsvir edən işləri ilə tanınır. Ancaq haqqında qısa məlumat verəcəyim «I believe in angels» layihəsinin mövzusu bir qədər fərqlidir. Belə ki, Dmitriy burada reaktiv qanadlı mələklər yaradıb.

İdeyanın yaranması haqqında isə Dima aşağıdakıları qeyd edib:
"Kökü qədimlərə dayanan belə bir fikir var ki, hər bir insanın onu müdafiə edən və qoruyan mələyi var. Amma müasir insan 100 il əvvəl yaşamış insandan çox fərqlidir. Müasir dövrdə həyat çox sürətlidir və insanlar daim harasa tələsir. Mələklər də insanlara ayaq uydurmaq üçün öz qu qanadlarını reaktiv qanadlara dəyişməli oldular"


Heykəllər Pulkovo hava limanının yeni terminalında da nümayiş olunub və bu hadisə KİV tərəfindən birmənalı qarşılanmayıb.