Rəsul Xəyal -

Rəsul Xəyal - "Bu gecə"

Bu gecə həsrətin dağ çəkdi mənə Qəlbimə od vurub,talan eylədi. Nəfəsim daraldı gözüm qapandı Həsrətin qəlbimi viran eylədi.

Bu gecə gözümdə tutmuşdum səni Axıb gilə-gilə töküldün yerə Səni xatırlamaq istəməmişdim Gözümün önündə dikildin yenə.

Bu gecə həsrətin dadın cəkərək Acı bir zəhərə bənzətdim səni. Nə qədər qəlbimə dağ cəkdirdinsə Bitməz bir kədərə bənzətdim səni,

Bu gecə həyata nifrət oyadıb Ölümlə üz-üzə qoymuşdun məni Hətda səni belə unutmuşdumki, Qəlbimin içindən soymuşdun məni.