Roman Sençinin povestləri Azərbaycan dilində!

Roman Sençinin povestləri Azərbaycan dilində!



"İki povest, iki müsahibə” kitabı tanınmış rus yazıçısı Roman Sençinin yaradıcılığı ilə Azərbaycan oxucusunun ilk tanışlığıdır.

Kitaba onun son illər yazdığı "Səkkizədək gözləyirik”, "Qış” povestləri və Zachar Prilepin-lə, Alisa Ganiyeva ilə müsahibələri daxil edilib.

Senchin-in əsərlərində üsyankar qəhrəmanlara nadir halda rast gələrsiniz.

Bunlar daha çox Çexov personajlarının prototipləridir: bədbin, depressiv əhvalda olan, ötən ömrün mənasızlığına təəssüf edən obrazlar.

"Qış" povestinin qəhrəmanı da belələrindəndir. Kurort şəhərində yaşayan bu 36 yaşlı şəxsin evi də var, normal işi də. Sağlamlığı da yerindədir. Amma həyatında nəsə bir boşluq hiss edir, yeknəsəqlikdən darıxır. Bu, həyat yox, mexaniki yaşamdır. Əsl həyat ya onun böyründən ötüb keçib, ya da heç rastına çıxmayıb...  

"Mütərcim " nəşriyyatında 500 tirajla çap olunan kitabın tərcüməçisi yazıçı Aliq Nağıoğludur.