Ruhu qoca, vücudu gənc yazar - Ramiq Əsgərli

Ruhu qoca, vücudu gənc yazar - Ramiq Əsgərli


 Nicatı  ilk dəfə sosial şəbəkədən-facebookdan tanımışam. Xatırlamıram; mən ona dostluq göndərmişdim ya o mənə dostluq atmışdı. Hər halda kimin dostluq atıb, qəbul etməyi fərq etməz, əsas odur ki, mən o insanı tanıdım. İndi isə bu tanşlığın mənim üçün əhəmiyyəti nə oldu, bu barəsində məlumat verəcəm.  Anam, dil-ədəbiyyat müəllimi olduğundan ,ilk olaraq onun kitab rəfindən  krilçə yeni dövr və ən yeni dövr Azərbaycan yazıçıların əsərləri ilə tanış oldum. Beşinci sinifdə  oxuduğum zaman,  kəndimizdə(Bərdə r.Soğanverdilər k) ilk dəfə olaraq kitabxana açılaraq fəaliyyət göstərdi. Mən, bacım və uşaqlıq dostumu maraq bürüdüyündən  ilk dəfə olaraq kitabxanaya getdik. Həmin vaxt mən, klasik Azərbaycan ədəbiyyatı ilə birgə ,klasik və antik dövrdə yazılan dünya ədəbiyyatı ilə də tanış oldum(Müasir ədəbiyyatdan oxuduqlarım yadımda deyil). Demək olar ki, həmin gündən kitabxananın daimi oxucusuna çevrildim. Bir neçə şeir və hekayə də yazmağa başladım; "Tumurcuq” qazetinə də vermişdilər həmin şeir və hekayələri. Hazırlıq dönəmində kitablara olan marağım  səngidi. Bəlkə də iki il hazırlıq vaxtında,  iyrmi kitab mütaliə edib-etmədim.Universitetə girdiyimdə Bəddi kitab az oxusamda daha çox:dini,fəlsəfi,pisxoloji,sosologiya kitablarına üstünlük verdim(ixtisasım Sosial İş-di). Dəsən özümdən çox danışdim.Fəqət danışmağımın da   məğzi var.Təxminən , bu ilin aprel   ayında "bədii” kitablara olan marağım yenidən artdı. Nicat ilə facebookda  tanışlığım bu məsələdə böyük rol oynadı. Və mənim bu tanışlıq nəticəsində, ədəbiyyata olan sönmüş ümidim yenidən çıraqlandı. Nicatın əvvəlcə "emosiyanal” statusların görürdüm. Düşünürdüm ki,bu insan da digər facebook dostlarım kimi özünü "ağıllı” göstərənlərdəndir. Əlqərəz, çox zaman statuslarına yazılan  rəylərdə tənqid və bəzən isə təhqiredici yazılar görürdüm. Nicatın din əleyhinə  da statusları mövcüd idi. Bəzi fikirləri ilə razlaşmasam da və lakin bəzi fikirləri olurdu ki,  razlaşıb bəyənirdim .Adi  bir facebook dostu kim təsəvvür edirdim.Sonra Nicatın bir neçə şeirin gördüm: "bu gecə bir az sərxoşam...” , "içimdə günah etmək istəyi var...” , "bir kadın var uzaklarda...” və .s başlıqlı şeirlər paylaşdı facebook profilində. Şeirlər çox xoşuma gəldi. Bu səbəbdən onu,  "yaxın dostlar” siyahısına əlavə etdim. Nicat nə paylaşırdısa , hamsına bir-bir diqqət edirdim. Açığı çox zaman "like”-in üstündən basmasam da, bəyənirdim. Daha sonra Nicatın hekayələri gözümə dəydi : "Şərabdan ucuz qadın”, "Mexikolu Alifonsu ", "Şeyxin ehtiras mələyi”,  "Qadınını paylaşan Ər”  və s. Nicatın istər hekayələri olsun istərsə də şeirlərində: estetik həzz, təsvir və bədiilik həddən artıq zəngidir. Bu səbəbə görə də Nicatın oxucuları arasında tolerantlıq hökm sürür;  dinindən, irqindən, əqidəsindən, fikirindən aslı olmayaraq hamı , Nicatın bəxş etdiyi duyğuların qarşısında tənzim edir, baxmayaraq ki, çox zaman onu tənqid edirlər. Sonra isə  on yeddi gənc yazarların hekayə və şeirlərindən ibarət  "30+1”  kitabı çap olundu. Nicatda həmin yazarların içində idi. Kitabın sosial şəbəkədə reklamı yaxşı təşkil olunmuşdu. Mənim bu kitabı əldə etməyimə iki amil səbəb oldu: Nicatın həmin tərkibin içində olması, kitabın təriflənməsi. Hörmət etdiyim yazıçı  və  həmin  on yeddiliyin içində olan  gənc yazarlardan biri, İsmayil Rizvanoğlu kitab barəsində status paylaşdı, onun inboxsuna yazdım ki,mən də kitabı əldə etmək istəyirəm. İsmayil Rizvanoğlu kitabı öz imzası ilə mənə təqdim etdi. Bunun üçün ona təşəkkürmü də bildirdim. Kitabı əvvəldən sonacan oxudum. Səmimi insan olduğumdan həqiqəti söyləyəcəm. Poeziya əla idi, xüsusəndə: Kamran Süleymanın,Ümid Abbas Nihanın,Nicat Həşimzadənin sərbəst şeirləri çox xoşuma gəldi. Hekayələrdən isə  dörd müəllifin hekayəsi qeyd etmək olar: İlkin Tomar, Nicat Həşimzadə, İsmayıl Rizvanoğlu və Yusif Hansen. İlkin Tomarın "Bozbörü”;  Nicat Həşimzadənin "Rahibələr monastrında kişilər”, "Qadınını Paylaşan Ər "; İsmayıl Rizvanoğlunun " Gözümüzə pərd olan "  əsərləri , kitabın şah əsərləri sayılmalıdır. Təsvir baxımından " Rahibələr Monastrında Kişilər”, idea baxımından isə "Gözümzə Pərdə Olan” –nı fikirləşmək olar.  Xan Abdullanın da hekayəsi pis deyildi.Lakin digər müəlliflərin hekayəsində,bədiilik və təsvir çatışmırdı.Əsərin sujeti yaxşı qurulsa da, kompazisiyasında bədiilik demək olar ki, sıfır idi. Sanki bir poseint oturub öz həyatın pisxoluquna danışırdı.Bəzi hekayələrdə isə sujet, elə bil oğurlanmışdı və sünilik var idi. Bəlkə də yazıçı fikirləşmişdi ki, bu cür yazsaydı daha çox oxucunu özünə cəlb edərdi. Lakin sujet əsas şərt deyil. Əsas olan idea və əsərdəki bədiilikdi. Çat hekayələrində sujeti yaxşıdı, amma ədəbiyyat sayılmır. Mən daha çox  təəssüfləndirən isə bu məqamlar oldu: İlkin Tomarın, Nicat Həşimzadənin və İsmayil Rizvanoğlunun bir dənə də olsun kitabı çıxmamışdı. Bax buna görə də cəmiyyətin qoyduğu qanuna tüpürmək lazımdı. Hər uşaq-muşaq ,ədəbiyyatdan anlayışı olmayan gedib iki-üç kitab çıxardıb özünü yazıçı hesab edir, amma əsl yazıçılar ortalıqda qalırlar. Deyirlər ki, univeristetdə rüşvət vermək; oxuyan üçün rüşvət sayılırsa, oxumuyan üçün göydən düşmə şans sayılır.Yazıçı kasıbdırsa, ya borca girib kitabın çıxartmalıdı ya da yaltaq olmalıdı. İstəlinən halda varlı və yaltaq yazıçı heç vaxt səmimi olmayacaq. Bizlər heç vaxt özümüzə qiymət verməmişik. Müasir və gənc yazıçılarmıza da həmçinin. Qadınlarmızın qəhramanı xarici kişlərdi, uşaqlarmız Rembo,Svaşneger olmaq istəyir, həmçinin, kitab seçərkən tanımasaq belə bizi maraqlandıran xarici addır. Bir rusdan soruşsan ki, sevimli yazıçın kimdi? Dosteyvskinin adın çəkər,bir fransızdan soruşsan Viktor Hüqonun adın çəkər və bir azərbaycanlıya bu sualı versən bir azərbaycanlı yazıçıdan başqa digərlər ölkənin yazıçıların adın çəkər. Nizaminin,Füzulinin adın çəkənlər isə onu bütləşdirdiyinə görə adların qeyd edərlər, əslində isə heç bir əsərlərin oxumayıblar. Rasim Qaraca, Kənan Hacı, Seymur Baycan, Xalid Mahmud, Nicat Həşimzadə və .s müasir azərbaycan yazarları var ki, xaricilərdən heç də geri qalmırlar. Sadəcə oxuyan yoxdu onları. Daha çox satılanlar isə yeniyetməlik sevgisi yaşiyanların  və oğru aləminin kitablarıdır. Bu da sübüt edir ki, bizim cəmiyyətdə kitab oxuyanlar yeniyetmələrdi və hansı yeniyetmələr: türk seriallarında təsirlənən qızlarmız və Lotuların sünnətini yaşadan "vorvoskoy” oğlanlarmız. Nicat demiş:   "Bunlar milli mənəvi dəyərlərmizdir” . Nicatın "Qogenin İkinci Qadını” adlı kitabın çap edilməsin eşidəndə çox sevindim. Daha çox sevindiyim isə bu oldu ki, Nicatın kitabının ərsiyə gətirilməsində oxucuların böyük əməyi oldu, çox təəccübləndim açığı. Buna oxşar hadisənin nə vaxtsa baş verməsi ağlıma gəlmir; oxucular hələ kitabı çıxmayan yazara , kitab çapında kömək etsinlər.  Nicat isə bunu bacardı. Kitabın təqdimatında da az adam yox idi, baxmayaraq ki,  oxucular və bir-iki yazıçılar dəvət edilmişdi. Adətən, yazıçılar qohum-əqrablarını, dost-tanışıda təqidamtına dəvət edirlər. Buna görə Nicat Həşimzadəni alqışlamaq lazımdı. Bir az da  kitabdan danışım. Kitabın ilk səhifəsin açıb müəllifin sözün oxuyanda anlayırsan ki, kitabın ideası nədir . Məsələn müəllifin sözündən bu hissəyə  diqqət edin :” İnsanlar məni oxumaqdan qorxullar. Çünki mənim yazılarımda özlərini görürlər. Bu da başa düşülən məsələdir. Abbas Səhhətin və Mikayıl Müşfiqin şeirləri ilə böyüyən adamlardan və yetişdirdiyi nəsildən belə münasibət görmək təbbi haldır. Mən insanlardan yüksək bədii zövq tələb etmirəm,buna haqqım da çatmır. Mən insanlara  tələb əvəzinə tövsiyyələr  etməyi üstün tuturam. Necə ki, bu kitabı oxumaq kimi...”
Kitabın demək olar ki, yetimiş faizində  tanınmış yazıçılara  və əsərlərə resenziya yazılmışdır. Kitabda qeyd edilən bir neçə əsər var idi ki, oxumuşdum, lakin Nicat kimi anlamamışdım. Nicatın nəzəriyyəsi ilə əsərə baxdıqda , əsərdə  qaranlıq qalan düynlər ,mənə açıldı.  Əsərin təhili və müqaisəsindən hiss etmək olar ki, kitabı yazan peşəkar mütaliəçidir. Misal üçün Qogenin ikinci qadını başlığındakı son hissəyə baxın : "Striklend isə həssaslıqdan uzaq biridir.Onun bu xarakteri əsəblərimi qarışdırsa da Somerset Moemin "Ay və Qara Qəpik " əsərini oxumaqdan zövq aldım. İncəsənət Qogenin birinci qadını olsa da, sıra sayına görə ikinci qadını oldu. Əslində isə dahi rəssamın həyatında qadınlar çox olub, bəlkə də onlar Svyeqin dediyi yarımqadınlardır” . Müəlliflər barəsində sözsüz ki, Nicat , özündən bir şey uydura bilməzdi. Lakin müəlliflərin həyatını tək "vikipedia”-dan götürülmüş kimi düşünməkdə olmaz. Nicat, müəlliflərin xarakterin , fəlsəfəsin və həyatın , özlərinin yazdıqları əsərləri ilə peşəkarcasına  vəsf etmişdi. Risenziyaları oxuduqdan sonra oxumadığım  kitablara  marağım oyandı. Tezliklə həmin kitabları əldə etmək fikirinə düşdüm. Həmçinin bu risenziyalarla əsəri necə təhil etmək qaydasına da sahib oldum. Bu risenziyalar, mütaliəçilər üçün usul və qaydadır.Düşünürəm ki, "Qogenin İkinci Qadını”da olan risenziyaları bu cür qiymət vermək olar:  Şirkət təlimatsız, Dövlət qanunsuz düşünülmədiyi kimi  mütaliəni " Qogeninin İkinci Qadını” –sız düşünmək absurddur. Kitabda  risenziyalar ilə yanaşı  bir neçə tənqidi köşələrə də yer ayrılmışdır. Mənim daha çox xoşuma gələn köşələr : "Ağlayan və Gülməyən xalq”, "Satılmaqdan Qorxanlar”, "Milli Mənəvi Dəyərlərmiz”, Gündəyməz Yazarlar” və .s idi. Milli Mənəvi Dəyərlərmizdə bəzi tənqidlər vardır ki, insanlarda qıcıq oyada bilər.Məsələn folklor barəsində kitabda yazılır: "Dastanlarmız bərbat səviyyədədir. Zurna-qaval havası əks etdirir. Dədə Qorqud ud çalır, ayrandan, qatıqdan, gəlin-qaynana münasibətindən danışır.Koroğlu saz çalır, mahnı oxuyur, toylara gedir. Yeri gəlmişkən folklormuzun ən geniş yayılmış nümunələrindən biri də əmək nəğmələridir. Bu millət iş gördüyü zaman mahnı oxuyurmuş. İndi bildinizmi  biz nə üçün zurna-qaval  xalqyıq. Eşq olsun bizə ".
Nicatın fikirləri ilə kimsə razlaşmaya bilər ,tənqiddə edə bilər, hətta onu şou yaradıb gündəmdə məşhurlaşmağı da söyləyə bilər.Fəqət unutmamalıdır ki, Nicatın yazdıqları, hissi qavrayışa və faktlara söykənir.Tənqid -emosiya və havaya yox , faktlara söykənməlidir. Hə bir şeydə. Nicatın din barəsində dediklərin bayraq edib, kitaba tüpürüb dəyərdən  salmaq da olmaz. Din mövzusunda yazılanlar  Nicatın "subyektiv” fikiridir. Razlaşıram ki, bəzi arqumentlər var ki, cavab vermək olar. Mənim də məlumatın var.Lakin bu mənim özümə aitdir. Cavabı yazmaq fikirm də yoxdu. Həmin cavabları yazmaq nə mənə maraqlıdı nə də Nicata. Düşünən insan özü araşdırıb cavabın tapmalıdı. Ateist səhifəsindən  copy-paste edib dindarlara, din səhifələrindən də copy-paste edib ateistlərin üstünə düşmək cahilikdir. Nə xalqa nə də özünə xeyri vardır. Onun əvəzinə faydalı iş görmək lazımdı. Bir şeyi də qeyd edim ki, müsəlman olsam da din barəsində Nicatın dediyi bir neçə fikirlə razlaşıram. Nicat , daha çox  bidəti,xurafatı və dindən istifadə edən mollaları, hacıları tənqid edib. Mühəmməd Peyğəmbər : Hacı , Kərbəlayı ləqəbi ilə tanınmasa belə bir çoxları həmin ləqəblərdən fəxrlə istifadə edib özlərini müqəddəsləşdirirlər. Hələ də cəmiyyətmizdə Şeyx Nəsurullahlar mövcuddur.  Nicat bu cür insanları da  tənqid edib və haqlıdır. Facebookda Nicatın belə bir satsusu  var idi dindarlar üçün : "Zaman keçdikcə anlayacaqsız ki, siz,Allaha yox Allah-Allah deyənlərə inanmısız. Faydalı işlə məşqul olmağa çalışın. 40-50 minlik maşın sürən hacıya, axundda necə inanmaq olar?”. Beləliklə də yuxarda qeyd etdiklərimlə kitaba,  qara-qura yaxıb gözdən salan insan, ya cahildir ya da Nicatın paxılığın çəkir. Bir daha g ənc yazarmızı- ruhu qoca, vücudu  isə cavan olan Nicat Həşimzadəni ilk kitabın çap etməsi münasibəti ilə təbrik edirəm.