Ruslan Nadiroglu –

Ruslan Nadiroglu – "Gəl Ayrılaq"

Gəl ayrılaq bu gecə,
Bitirək bu oyunu.
Səndə yaxşı bilirsən,
Yoxdu bu eşqin sonu.
Heç sevgi də deyil bu,
Ötəri bir həvəsdi.
Yetərincə günaha,
Batmışıq, daha bəsdi.
Qaranlıq gecələrtək,
Gözümüzdə qaralıb.
Günah hörümçək kimi,
Bizi toruna salıb.
Bu ki, məhəbbət deyil,
Bu şeytana pənahdı.
Cəhənnəm alovuyla,
Göyə yuksələn ahdı.
Sən özgənin yarısan,
Məndə özgə bir adam.
Bağışla, getməliyəm,
Bu gundən sənə yadam.

 

Ruslan Nadiroglu

18.05.2015Описание: [leech=https://ssl.gstatic.com/ui/v1/icons/mail/images/cleardot.gif]https://ssl.gstatic.com/ui/v1/icons/mail/images/cleardot.gif