"Şaban" kimi tanınan aktyor Kamal Sunal kitaba çevrilir

Azərbaycanda da sevilən məhşur türkiyəli aktyor Kamal Sunalın ölümünün 14-cü il dönümündə yoldaşı Gül Sunal xatirələrini bir kitabda yığdığını, kitabın bir neçə ay içində çıxacağını açıqladı. 

Gül Sunal, Kamal Sunal üçün həm ailə olaraq özlərinin, həm də Türk xalqının çox darıxdığını söylədi. Sunal, "Bizlər də, Türk xalqı da Kamal Sunal üçün çox darıxır. Bu dəqiq bir şəkildə müəyyəndir. Çünki indi də paltarlarını, kostyumlarını, fotoşəkillərini öpürlər və onları qucaqlayırlar. Qəbri başında hər gün olanlar var. Ölüm ildönümü olmasına ehtiyac yoxdur. Onun qəbiri başına getdiyimizdə ən az 3-5 adam orada olur. Həftə sonları dolu olur. Hətta bəziləri "Sənin üçün fotoşəkil çəkdirdik” deyərək yanında gətirdiyi vəsiqəlik fotoşəkillərini Kamal Sunalın qəbirinə basdırır. Yəni, sevənləri üçün Kamal Sunal həmişə yaşayır. Təbii ki, bizə ailə olaraq çətindir. Çünki biz atamızı itirdik. Amma hələ xatırlanması artıq ölümsüz olduğunu göstərir. Bu da bizə qürur verir. Etdiklərinin boşa getmədiyini görürük. Xalq Kamalı bağrına basmış vəziyyətdədir. Yaşadığı zaman necə maraq görürdüsə, indi də eyni marağı görür "deyə bildirib. 

Sunal kitabla əlaqədar olaraq belə danışıb: "Kamalla olan heç bir anımı unutmuram, özümə unutturmaram da. Bu xatirələri mən bir kitabda topladım. Onun da buradan müjdəsini verim. O da yaxın zamanda yayımlanacaq. Bütün yaşadıqlarımızı, evimizi, uşaqlarla olan ünsiyyətini, bütün ailə ilə olan ünsiyyətini, necə yaşadığımızı izah etməyə çalışdım. Hal-hazırda redaktorla iş mərhələsindəyik. İnşallah bir neçə ay içərisində kitabı çıxartmağı düşünürük. Amma kitabın adını bu an üçün qoya bilmədim. Bir neçə ad düşünürəm amma qərar verə bilmədik. Onu da birlikdə qərar verəcəyik inşallah. "

Mənbə: İHA