Şahanə Müşfiqdən yeni kitab

Şahanə Müşfiqdən yeni kitab

Şair Şahanə Müşfiqin "Şahanənin nağılı” adlı yeni kitabı işıq üzü görüb. 

"Mütərcim” Nəşriyyatında nəfis tərtibatda hazırlanan kitab Azərbaycan Yazıçılar Birliyinin "aybKitab” layihəsinin nəşridir. Layihənin rəhbəri Xəyal Rzadır.

Kitabda müəllifin son illərdə yazdığı müxtəlif mövzulu şeirləri yer alıb. 

Nəşrin önsözünü Xalq şairi Sabir Rüstəmxanlı yazıb. Redaktoru şair Xəlil Adıgözəl, korrektorları Rəvan Mahmudzadə, Xəlil Adıgözəl, dizayneri Ülkər Qasımovadır. Üz qabığındakı müəllif fotosu Nofəl Ümidə aiddir. 

"Şahanənin nağılı” müəllifin ilk şeirlər kitabı, oxucularla ikinci görüşüdür.