Şahbaz Xuduoğlu mafiya haqqında roman tərcümə etdi

Şahbaz Xuduoğlu mafiya haqqında roman tərcümə etdi

"Qanun" Nəşrlər Evi iki yeni kitab təqdim etdi

Gustave Flaubert, SADƏLÖVH
 
Görkəmli fransız yazıçısı Qustav Floberin bu povestində Felisite adlı sadə bir kəndli qızının mürəkkəb və kəşməkəşli həyatı təsvir edilib.
 
Burada son dərəcə sadəlövh bir qızın ilk nakam məhəbbətindən, onun xanım Obenin evində qulluqçu kimi işləməsindən, xanıma son dərəcə sadiq olmasından bəhs edilir. O, həm xanım Obenə, həm onun iki uşağına, həm öz bacısı oğluna, həm də kimsəsiz ağır xəstə Kolmiş babaya qarşı həddindən artıq qayğıkeş münasibət bəsləyir. Tək-tənha qaldığı zaman Lulu adlı bir tutuquşuna mehrini salır və bütün bu kimi hallarda çox səmimi və sadəlövhcəsinə davranır.
 
Tərcümə: Cəlil Nağıyev
 
 
Nick Quarry, DON ÖLDÜ
 
"Don öldü” kitabı qanqsterlərin həyatından bəhs edən kəskin süjetli detektiv romanıdır.
 
Üç Don mafiyası qeyri-leqal biznesi nəzarətə götürüb daha da güclənməyə çalışırlar.
 
Donlar arasında bir qız üstündə başlayan müharibə Donların ikisinin həyatına son qoyur.
 
Üstəlik bütün mafiya üzvləri qırılır.
 
Romanı hər kəs oxuya bilər, bütün yaş qrupları. Çox asan oxunur, təsirli yazı uslubu var.
 
Tərcümə: Şahbaz Xuduoğlu