Şair Şamxal Rüstəm vəfat etdi
- 14.11.2019
- 0 Şərh
- 1693 Baxış
Şair Şamxal Rüstəm vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə şairin dostları sosial şəbəkədə məlumat paylaşıblar.
Şamxal Rüstəm 1952-ci ildə Şəmkir rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bir müddət Azərbaycan radiosunda fəaliyyət göstərib.
İlk şeirləri 70-ci illərdə çap olunub və maraqla qarşılanıb.
Şamxal Rüstəmin şeirləri daha çox yaddaşlarda, dildə-ağızda yaşayıb.