"Sağlam Həyat" Yaradıcılıq Sərgisi keçirildi - FOTOLAR

Gənc Tamaşaçılar Teatrında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "Addım" Gənclər Təşkilatı ilə bərabər "Sağlam Həyat Yaradıcılıq Sərgisi" adlı layihəsinın mükafatlandırma mərasimini keçirilib.

ANS PRESS-in məlumatına görə, layihə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamına, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması ilə bağlı dövlət proqramına əsasən həyata keçirilib və eyni zamanda gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi nəzərdə tutub. "Sağlam Həyat Yaradıcılıq Sərgisi" layihəsi çərçivəsində yaradıcı gənclər festivala foto, video, musiqi, rəsm əsəri bölümündə müxtəlif yaradıcılıq işləri təqdim ediblər.

Münsiflər heyyətində Gənclər və İdman nazirliyinin sektor müdiri Nərmin Aslanbəyli, xalq artisti Brilliant Dadaşova, əməkdar incəsənət xaidimi Fəxriyyə Xələfova, xalq rəssamı Ağaəli İbrahimov, bəstəkar İsa Məlikov, jurnalist Ülkər Qasımova iştirak ediblər. Tədbiri giriş sözü ilə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva və " Addım Gənclər təşkilatı"nın sədri Hüseyn Cavadzadə açıb iştirakçılara uğurlar arzu ediblər. Müsabiqənin nəticələrinə görə rəsm bölümündə Nərmin Hümmətova və Hüseyn Bağırov, foto bölümündə Emil İbrahimov, video bölümündə Zarina Qurbanova, musiqi bölümündə isə Kəmalə Qaramollayeva 1-cilik qazanıb. 

Münsiflər heyyəti qaliblərə diplomlar və hədiyyələri təqdim edib. Bu zaman xalq artisti Brilliant Dadaşova "Mən bugün sevinirəmki səhnəyə bu gənclərin simasında nəinki istedadlı həmdə təmiz, sağlam həyatı seçən kollegalarım gəlir" deyə qeyd edib. Qeyd edək ki, gecənin aparıcısı Hüsniyyə Məhərrəmova olub.