“Savalan” qrupunun bədii rəhbəri vəfat edib

“Savalan” qrupunun bədii rəhbəri vəfat edib

"Savalan” qrupunun bədii rəhbəri, Akademik Opera və Balet Teatrının solisti Novruz Novruzlu 58 yaşında vəfat edib.

Bu barədə "Report”a onun bacısı oğlu Vüqar Nəzərli məlumat verib.

O bildirib ki, N.Novruzlu bu gün səhər saatlarında ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, N.Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub.