Səddam Hüseynin güllələdiyi qadın yazarın əsəri Azərbaycanda nəşr olundu

Səddam Hüseynin güllələdiyi qadın yazarın əsəri Azərbaycanda nəşr olundu

Müsəlman dünyasının azsaylı qadın yazıçılarından olan, parlaq imza sahibi Aminə Sədrin (Bintül-hüda) "Xəs­təxanada görüş” povesti Azərbaycan dilində nəşr edilib.

Bintül-hüda haqqında tək onu demək kifayətdir ki, o, şəxsiyyəti və maarifpərvər fəaliyyəti ilə öz dövrünün qadın liderinə çevilib. Onun əsərləri dərin elmi-fəlsəfi mövzuların asan dildə çadırılması ilə fərqlənir.

Orijinallığı, dərinliyi və özünə məxsusluğu ilə seçilən "Xəs­təxanada görüş” povestidə də oxucunu həyacanda saxlayan süjet xətti ilə yanaşı bir çox elmi-fəlsəfi mövzulara an­laşıqlı və səlis şəkildə aydınlıq gətirilir.

Əsərdə təsadüfi bir şəkildə həkim Aminə ilə tanış olan baş qəhrəman onun timsalında hər birimizin həyatını iflic edən sualların cavabını tapmağa başlayır və onlar arasında möhkəm bir dostluq bağı yaranır. Sonra gizli bir sirr nəticəsində o Aminədən uzaqlaşmaq məcburiyyətində qalır və bu onlar üçün dözülməz faciəyə bərabər olur.

Kitabın müəllifi Aminə Sədr 1980-ci ildə maarifpərvər fəaliyyətlərinə və onunla tutduğu barışmaz mövqeyə görə Səddam Hüseyn tərəfindən qardaşı böyük filosof və fenomenal şəxsiyyət Məhəmməd Baqir Sədr ilə birlikdə eyni gündə qətlə yetirilib.

Kitab Bakıda "Parlaq İmzalar” nəşriyyatı tərəfindən çap edilib və şəhərin kitab mağazalarında satışa çıxarılıb.