Səhranın ortasında kinoteatr -  FOTOLAR

Səhranın ortasında kinoteatr - FOTOLAR

"Dünyanın sonu” adlı kinoteatrın olduğunu bilirdiniz? Bu kinoteatr Sinay səhrasında yerləşir.

Məlumata görə, bu kinoteatrın çox maraqlı tarixçəsi var.

Belə ki, 13 il əvvəl Misirə səyahət edən bir fransız vətəndaşı dostları ilə filmə baxmaq istəyib. Amma harada? Kinoteatr tikmək qərarına gəlir. Bəs nə ilə tiksin? Neyləsin ki, bu hər kəsin marağına səbəb olsun? Ağlına çox yaxşı ideya gəlib. Səhrada kinoteatr tikmək fikrinə düşür. Sərmayə əldə etmək üçün Parisə qayıdır.

Misirdə proyeksiya avadanlığı, elektrik enerjisi əldə etmək üçün generator və kinoteatr üçün lazım olan digər avadanlıqları alır.

Amma premyera günündə yerli hakimiyyət orqanları kintoeatrda filmin nümayişinə icazə vermədi və kinoteatr indiyə kimi boş qalır (ANS).