Şəhriyar Del Gerani. İçimdə qaçan atlar... (ŞEİR)

Şəhriyar Del Gerani. İçimdə qaçan atlar... (ŞEİR)

Dünən yazdım, 
Sənə deyəcəklər
adın gələndə udqunmuram daha
gözün aydın, qırıldı bütün kəpənəklər.

Dünən yazdım,
Sənə deyəcəklər
zarafatlar xatirəyə çevriləndə ağı olur
sədaqətin beləsi lap ağır olur
gecələr ulduza hürər yiyəsindən küsən itlər.

Dünən yazdım, 
Sənə deyəcəklər necə tövşəyib öldülər
içimdə qaçan atlar
Sənə çatmadılar.

Dünən yazdım,
Sənə deyəcəklər
deyəcəklər ki, salamat qal...

(28 noyabr 2018, 05:40, Kiyev)