“Şəhrizad” adlı kitab təqdim olunacaq

“Şəhrizad” adlı kitab təqdim olunacaq

"Şəhrizad” adlı kitabın təqdimatı gözlənilir.

 



Kitabsevərlər qrupunun yeni kitab layihəsi təqdim ediləcək.

 



Facebookun ən böyük kitab təbliğatçısı olan Kitabsevərlər qrupu yeni kitab layihəsi "Şəhrizad”ı təqdim edəcək. Layihənin rəhbəri Fariz Bayramovdan aldığımız məlumata görə, bu kitabda may ayında çap olunan "Həyatın qanunu” Dünya Ədəbiyyatından Seçmə Hekayələr toplusunun 2-ci cildi kimi şərq hekayələri toplanıb. Bütün hekayələr Azərbaycan oxucusuna ilk dəfədir təqdim olunur.

 



"Kitabsevərlər Tərcümə Qrupu”ndakı həvəskar tərcüməçilərin fəaliyyətinin nəticəsi olan "Şəhrizad” şərq hekayələri toplusunun təqdimat mərasimi iyul ayının 19-u saat 15.00-dan 18.00-dək Bakumoz Kitab Evində gerçəkləşəcək. Bütün kitabsevərlər bu təqdimata dəvətlidir. Kitabın qiyməti 6 manatdır.

 

Qey edək ki, bu toplu 1 yaşını qeyd edən Kitabsevərlər Hərəkatının sayca 7-ci kitab layihəsidir. Bir-birindən maraqlı kitabların çapına nail olan bu gənc kitabsevərlərin zəhməti nəticəsində yaxın aylarda Dünya Ədəbiyyatından Seçmə Hekayələr seriyasının 3-cü cildi olan uşaq hekayələrinin toplandığı kitab da təqdim olunacaq...