Sekslə musiqinin fərqi yoxdur – Araşdırma

Sekslə musiqinin fərqi yoxdurAraşdırma

"Hər bir insanın beyin qabığında unikal eşitmə zonası var, bu zona isə bütün ömür boyu eşidilən səslərin və musiqi əsərlərinin əsasında formalaşır”

Alimlər müəyyənləşdiriblər ki, yeni musiqi dinləyicinin beyin fəaliyyətini fəallaşdırmağa və seksdə olduğu kimi, həzz mərkəzinə təsir göstərən kimyəvi maddələrin ayrılmasına qadirdir.

Kanada alimləri maqnit-rezonans tomoqrafiyasının (MRT) köməyi ilə müəyyənləşdiriblər ki, insan ilk dəfə yeni bir musiqini eşidərkən, onun beynində hər hansı yemək yeyərkən fəallaşan eyni həzz mərkəzləri ehtiraslanır. İnsan musiqini dinləyərkən nə qədər çox həzz alırsa, bu uyğunluq bir o qədər artır. Bu araşdırmalara rəhbərlik edən Monreal Nevroloji Kliniki İnstitutunun həkimi Velori Salimpur (Valorie Salimpoor) deyir: "İnsanlar əvvəllər eşitmədikləri musiqiləri dinləyərkən, bu, beyinin bir sahəsinin fəallaşmasına köməklik edir, bunun nəticəsində onlar bu musiqini bəyənəcəklərini və ya alacaqlarını dəqiq "proqnozlaşdıra” bilirlər. Beyinin bu sahəsini nüvə və ya həzz mərkəzi adlandırmaq olar. Bu sahə həzz yaradıcı müəyyən gözləntiləri formalaşdırır”.

Sınağın iştirakçıları heç zaman eşitmədikləri 60 musiqi fraqmentini dinləyirlər, eyni zamanda onlar maqnit-rezonans tomoqrafiyasından (MRT) keçirilirlər. Sınaqda iştirak edənlər bu müddətdə hər musiqiyə görə hərracda ödəməyə hazır olduqları məbləğləri söyləyirlər.

Nədən bizə elə gəlir ki, yeni musiqi bizə həzz verir? Alimlərin sözlərinə görə, təcrübənin nəticələri bunu dəqiq müəyyənləşdirməyə imkan verir. Musiqi ona görə belə ifadəli emosional təsir göstərmək qabiliyyətinə malikdir ki, o, intizarı və gözləntiləri formalaşdırır. Həzz mərkəzinin fəallaşması gözləntilərin tam və ya böyük ölçüdə özünü doğrultması deməkdir.

Apardığımız tədqiqatlarla müəyyənləşdirdik ki, musiqi dinləyərkən beyinin həzz mərkəzi nə qədər çox fəallaşırsa, dinləyicilər həmin musiqiyə görə bir o qədər çox pul ödəməyə hazırdırlar:

"Təcrübənin iştirakçıları sonda aldıqları musiqini dinləyərkən beyinin həzz mərkəzinin fəallaşması hamıda eyni cür olsa da, ancaq almağı nəzərdə tutduqları musiqilər tamamilə müxtəlif idi. Bu nəticələr bizə anlamağa imkan verir ki, nədən müxtəlif insanlar müxtəlif musiqiləri sevirlər. Hər bir insanın beyin qabığında unikal eşitmə zonası var. Bu zona isə bütün ömür boyu eşidilən səslərin və musiqi əsərlərinin əsasında formalaşır. Bundan başqa, bizim yaddaşımızda saxlanılan səs modelləri, ehtimal olunur ki, bizim üçün çox əhəmiyyətli emosional assosiasiyalara malikdir”.

Keçirilən sınağın ikinci ən vacib nəticəsi budur ki, həzz mərkəzi təkbaşına işləmir, beyin qabığının eşitmə zonasıyla qarşılıqlı təsirdə fəaliyyət göstərir. Beyinin bu sahəsində isə artıq dediyimiz kimi, indiyədək eşidilən səslər və musiqi fraqmentlərindən informasiyalar qorunub saxlanır. Dinlənilən musiqi nə qədər çox həzz doğurursa, beyin mərkəzində siqnalların yerdəyişimi bir o qədər çox mübadilə olunur.

Bu hadisə çox maraqlıdır, çünki musiqi ardıcıl səslərdən ibarətdir, bu səslər ayrı-ayrılıqda heç bir emosional dəyərə malik deyillər. Nevroloji Kliniki İnstitutunun elmi əməkdaşı, Beyin, musiqi və səslərin araşdırılması üzrə Beynəlxalq Laborotoriyanın (International Laboratory for Brain, Music and Sound Research) rəhbərlərindən biri Robert Zatorre deyir ki, bu səslər bir-biriylə müəyyən modellərə uyğun olaraq birləşirlər və uzun müddət ərzində həzz mənbəyi kimi fəaliyyət göstərə bilirlər:

"Obrazların tanınmasında, emosiyaların proqnozlaşdırılması və formalaşmasında iştirak edən beyin mexanizmlərinin birgə aktivləşməsi bizə imkan verir ki, musiqini estetik və ya intellektual həzzin mərkəzi kimi qəbul edək”.

Tərcümə: Ramil Rahiboğlu
Qaynar.info