Sevgilisinə 1 milyon qızılgül alan adam kim idi?

Sevgilisinə 1 milyon qızılgül alan adam kim idi?

Sevgilisinə 1 milyon qızılgül alan adam kim idi?

Bir mahnının tarixçəsi 

"Milyonlarla qızılgül”. Andrey Vosnesenskinin şeiri. Raymond Pauzenin bəstəsi. Dünya estradasının kraliçası Alla Puqaçovanın ifası. İllərdir qəlbləri fəth etmiş nəğmə.

Kasıb, istedadlı bir rəssam bütün rəsmlərini? olan-qalanı satır və sevdiyi qıza milyonlarla qızılgül alır. Sevginin bütün maddi müstəvilərdən yuxarıda-qutsal bir ucalıqda dayandığından danışan bu mahnının qəhrəmanı böyük gürcü rəssamı Pir Osmanidir. 

Pir Osmani Marqarita adlı bir fransız rəqqasəsi və aktrisasının portretini çəkir. Onlar görüşməyə başlayırlar. Bir müddət görüşəndən sonra Marqaritaya dəlicəsinə aşiq olduğunun fərqinə varan rəssam sevgilisini itirmək qorxusu yaşayır. Yaradıcı adamlara məxsus narahatlıqla Marqaritanı qorumaq ondan ayrılmaq istəməyən sərgərdan rəssam bütün qazandıqlarını ona xərcləyir.

Heyhat! Bu qarışıq və dəlicəsinə həyat tərzi, sevdiyi qadına məcnunanə bağlılıq nəinki, Pir Osmanini Marqaritaya bağlayır, əksinə, onların ayrılığına səbəb olur. Qaydasız həyat yaşayan rəssamla yaşamağın mümkünsüzlüyünü görən Marqarita Pir Osmanidən ayrılır. Bundan sonra gürcü rəssamın acı günləri başlayır. 

Pir Osmani Tiflis meyxanaları, dükanları üçün lövhələr çəkirdi. O, Tiflis meyxanalarının daimi müştərisi idi. O dövrdə demək olar ki, bütün ucuzxanalarda onun divar rəsmləri var idi. Mənbələrdə bəzən onun hətta bir şüşə şəraba rəsm çəkdiyi məlum olur. Onun nə evi, var idi, nə emalatxanası. Nə ustadı var idi nə şagirdi. Rəssamlıqda özü-özünü doğan sənətkar həyatda özü-özünü məhv eləyirdi. Marqaritanı itirəndən sonra onun həyatında məna qalmamışdı. O, ucuz meyxanalar küncündə işləyir və elə orada da gecələyirdi.

Səfil, sərgərdan bir həyat yaşayan itirməkdən dəlicəsinə qorxduğu sevgilisini itirən Pir Osmani bu dünyadan da tək, kimsəsiz getdi. 

Ölümündən sonra əsərləri bütün dünyada tanınan, sevilən rəssamın sevdiyi qadına milyonlarla gül alması barədə Andrey Voznesenskinin şeiri və həmin mahnıya bəstələnib ifa olunan mahnı neçə illərdir insanların sevimli unudulmaz nəğməsinə çevrilib. Pir Osmaninin nəğməyə bənzəyən rəsmləri kimi...