Seymur Baycanın “Ana ürəyi” romanı rus dilində

Seymur Baycanın “Ana ürəyi” romanı rus dilində

Seymur Baycanın "ana ürəyi” romanı rus dilində nəşr olunub.

Kulisin məlumatına görə kitab Alatoran nəşrlərində çıxıb.

Kitabın tərcüməçisi Nigar Musəvidir.

Seymur Baycan Kulisə açıqlamasında kitab haqqında bunları deyib: "Kitabın rusca çıxmasına sevinirəm. Çünki həqiqi oxucu fikriylə tanış oluram. Kitabı xaricdə yaşayan dostlarıma-tanışlarıma göndərə bilirəm. "Ana ürəyi”nin rusca necə qəbul olunması mənə maraqlıdı.

Çünki Azərbaycan dilində nəşr olunanda "Ana ürəyi” bir neçə adamı çıxmaq şərti ilə yaxşı qarşılanmadı. Bayağılıq kimi qəbul edildi. Ona görə mənə maraqlıdı, görüm rus dilində oxuyanlar necə reaksiyalar verəcəklər"