Seymur Su - Dönmədən

Seymur Su - Dönmədən


 

Diqqətlə bax ürəyimə.
orda qara nöqtələr var, cərrah bəy.
bıçağı sal, oy onları,
sonra
bir qulağıkəsik itin
qarşısına qoy onları.
dərhal ölər gözü açıq halda.
bıçağı sal, oy onları
məni udan "Böyük Qara Dəliy"ə dönmədən

 

Diqqətlə dinlə gözlərimi, cərrah bəy.

cız əlimin içini,
tale xətlərimi parçala,
yaşadıqlarım sonradan
yüz vərəqli dəftərlərdə
gündəliyə dönmədən.

 

onunla bağlı nağıl danış
morfinə gərəkmi var..
onsuz da
susdurur, torlaşdırır düşüncələrimi,
sustaldır əllərimi
üstümə gələn divarlar..
kəs ağciyərlərimi, cərrah bəy.
onsuz qalan nəfəslərim
sağalmaz xəstəliyə dönmədən.



Seymur Su