Seymur Su - Ölmək asandırsa, xırıldamaq nə?

Seymur Su - Ölmək asandırsa, xırıldamaq nə?


 

İnsanın qiyməti ədəbindədi,
Hərə öz tərbiyə qəlibindədi,
Qızılın dəyəri tərkibindədi,
Ey dəmir, qızıltək parıldamaq nə?

 

Bir tikə çörəkçün hey çalış-vuruş,
Uğurçün qalxırıq bir neçə yoxuş,
Yaşamaq çətindi deyənə soruş:
- Ölmək asandısa, xırıldamaq nə?

 

Adəmin övladı olmaz xətasız,
Bir günü qazanır, min gün qidasız,
Ağlayan ağlayar səssiz-sədasız.
Yalandan, qışqırıb-zırıldamaq nə?

 

Dinməyin, yorulduq kütlüyünüzdən,
Mülayim üzlərə tündlüyünüzdən,
Camaat ayıldı səs-küyünüzdən
Yatırsan yat görək, xoruldamaq nə?




Seymur Su