"Space" telekanalının lisenziyasının müddəti uzadıldı

Milli Televiziya və Radio Şurası (MTRŞ) "Space" telekanalının televiziya, radio və əlavə informasiya yayımı, həmçinin "Konnekt" MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətini uzadıb.

Bu qərar MTRŞ-nin çərşənbə axşamı keçirilmiş iclasında qəbul olunub.

Televiziya kanalı və kabel şəbəkəsinə lisenziya növbəti 6 il müddətinə verirlib.