SSRİ xalq artisti Musiqili Teatrda olub

SSRİ xalq artisti Musiqili Teatrda olub

Gürcü rejissor, SSRİ xalq artisti Robert Sturua Azərbaycan Dövlət Musiqili Teatrında görüş keçirib.
 
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, mədəniyyət ocağının təmirdən çıxmış binası ilə tanış olan rejissor kollektivlə görüşüb, fikir mübadiləsi aparıb.
 
R. Sturua yaradıcı heyət üçün yaradılmış şəraiti Azərbaycan dövlətinin teatra, sənətə, ümumilikdə mədəniyyətə olan qayğı və diqqətinin bariz nümunəsi kimi dəyərləndirib. Rejissor teatrın rəhbərliyi ilə görüşü zamanı nəinki postsovet məkanında, hətta Avropanın bir sıra qabaqcıl ölkələrində bir mənzərə ilə qarşılaşmadığını deyib.
 
Görüşdə teatrın direktoru Əliqismət Lalayevlə R. Sturua arasında gələcək əməkdaşlığa dair ilkin razılaşma da əldə olunub.

Edebiyyat.biz