Stiven Kinqdən “İnstitut” gəlir

Stiven Kinqdən “İnstitut” gəlir

Kinqin daimi oxucuları "İnstitut” romanından çoxdan xəbərdardır. Müəllif bir neçə müsahibəsində roman haqda məlumat verib, həmçinin Kinqin rəsmi saytında romandan kiçik qeydlər paylaşılır.

Yarpaq.Az-ın verdiyi xəbərə görə, yazıçı bu romanında da öz ənənəsinə sadiq qalıb. Hadisələr Minneapolisdə cərəyan edir. Hər şey qətldən başlayır. Lükun valideynlərini öldürürlər, özünü isə huşsuz vəziyyətdə qəribə bir yerə gətirirlər. Özünə gələndə isə görür ki, olduğu otaq, evlərindəki otağının eynisidir.

Ev, bura Lük kimi gətirilən müxtəlif adamlarla doludur və hamısının qeyri-adi xüsusiyyətləri var. Lük bir şeyi arzulayır: Qəribə İnstitutdan qaçmaq, missis Siqsbridən canını qurtarmaq… Görəsən bunu bacaracaqmı?

Əlbəttə ki, Kinq romanın finalı barədə danışmaqdan qətiyyətlə imtina edir. Bu onun qaydalarına ziddir.

Romanın ABŞ-da çap olunacağı dəqiq tarix artıq məlumdur. 2019-cu ilin 10 sentyabrında. Kitabın üz qabığı da artıq təsdiqlənib.