ŞvartsMan. Ştaynerin evi (HEKAYƏ)

ŞvartsMan. Ştaynerin evi (HEKAYƏ)

- Kişinin həyatda tək peşman olacağı şey qadına sərf olunan vaxtdır. Amma heç bir kişi buna görə peşman olmur.

Fon Ştayner bu sözlərlə açılışı edəndə özünün "qara ev" adlandırdığı lüks evində sirdaş dostları ilə gizli məşvərətdə idi. Evin o biri otaqlarında gizli seks ritualları keçirilirdi. Katolik kilsəsinin və allahın bu evdə olanlardan xəbəri yox idi. 18...ci illər. Kennerblümen küçəsinin ən seçilən və sirli evi.

- Qadın kişi üçün oynamaqdan heç vaxt bezməyəcəyi oyuncaqdır.- herr Himmer əlavə etdi:- Bu oyuncaq məni tez yorur, bezdirir. Qadın mənim intim tərəfimdir. Onsuz çətin olur yaşamaq, amma öldürücü deyil. Siz nə düşünürsüz, müsyö Mişel?

- Mən fransızam. Qadın, ehtiras, məhəbbət, yumor, satira bizim ədəbiyyatın canıdır. Siz almanlar bunu anlamırsız və çox ciddisiz ədəbiyyatda da qadın məsələsində olduğu kimi. Siz qadın-məhəbbət mövzularına qeyri- ciddi yanaşırsız. Halbuki ədəbiyyat, incəsənət, fəlsəfə qeyri- təbiidir. Yəni təbiətdən gəlməyən, insanın yaratdığı tanrılar kimi. Və siz almanlar ədəbiyyatda məhəbbət mövzularına qeyri - ciddi yanaşırsız. Əslində isə ədəbiyyatdan yazmaq qeyri- ciddi bir işdir. Biz fransızlar bunu çoxdan anlamışıq. Məhəbbəti insan yaratmayıb. O, sənin içindən, naturandan gələndir. Qalanları saxtadır, qılafdır, özünüaldatma, əncir yarpağı, həyatın ağırlığını yüngülləşdirməkdir, morfindir.

-Ruslar yazmağı fransızlardan, - Stefan Mixayloviç qoşuldu söhbətə - amerikanlar da ingilislərdən öyrəniblər. Bunu danmaq olmaz. Ruslar, fransızlar, almanlar, ingilislər böyük Avropa mədəniyyətinin əsas parçalarıdırlar. Ədəbiyyatı müqəddəsləşdirmək elə tanrını müqəddəsləşdirməkdən fərqlənmir. Monten demişkən, " insanlar bilmədiyi şeyləri müqəddəsləşdirirlər".

Ştanyner sözə qarışır:

-Mən qaydaları pozanları sevirəm. Sistemin nə və necə işlədiyini anlamaq və onu çökdürmek lazımdır. Məhkəmələrin, dinin, dövlətin, ailənin, qadınların, ədəbiyyatın. Saydıqlarımın nə olduğunu bildikdən sonra onlar göz yaşı kimi ayaqlarımıza damcılacaqlar. Tam bir fiasko. Romae...concidit! (Roma...çökdü!)

-Hə, hə, çökdür məni, əzizim. Ahhh, ahhh...İçimi dağıt! Öldür. Dirilt! Yenidən yarat məni. Ahhh.. həzzdən və ağrıdan ağlamaq istəyirəm. Sanki qanadlanıram, amma uça bilmirəm. Uça bilirəm, yüksələ bilmirəm. Ah, canım, et dayanma... Ölüm və həyatın fövqündədir bu.

Məşvərət.

Himmer dedi:

- Fon Ştayner, düşüncələrinizi bilmək maraqlı olardı. - Mixayloviç, Mişel, bayaqdan susan Mr. Smit Himmerin sözlərini başları ilə təsdiqlədilər. 
Ştayner və cəmiyyətin yüksək təbəqələrindən olan dostları kaminin qarşısında 1850-ci illərdən qalma şərabdan içərək isiniər. Dairəvi masanın üstündə ağ əlcəklər. Çöldə qarlı çovğun. Fevral ayı. -Hüquqşünas kimi deyə bilərəm ki, -Ştayner sözə başladı- bu hüquq sistemləri, məhkəmələr, cəzalar, qanunlar, həbsxanalar insanların anormallıqlarıdır. Ədalət adlanan ədalətsizlik, tənzimləmə adlanan təcridetmə. İnsan insanı cəzalandırır, həbs edir, edam edir. Səndən daha güclü insanlar sənin üçün həbsxanalar yaradıb. Bir qrup adamlar qanunlar yazıb, sən də əməl edirsən. Tamamilə dəlilikdir. İnsan özünü idarə edə bilmədiyindən dövlət adlı qruplaşma onu idarə edir. Dövlət bütün xalqı intellektuallaşdıra bilməz, amma axmaqlaşdıra bilər. Hüququn arxasına hakimiyyət, polis, pul dayamasan, heç bir işə yaramaz qaydalara çevrilər. Heç bir zaman anlamadım bir insan başqa birini necə cəzalandıra bilər? Kiməsə dövlət tərəfindən səlahiyyət və maaş verilir ki, o da hökm oxuyur. Bir insan oğurluq, qətl, ya da çərçivədən kənara çıxmış seksual istəyinə görə ömürlük həbs yaxud ölümlə cəzalanmamalıdır. Qanunlar çox qəddardı. Amma həyatda aldanmamaq və başqalarını aldatmaq üçün qanunları bilmək lazımdır. Bir şey dəqiqdir ki, qanunlar insanı daha yaxşı birinə çevirmir.

Mişel dedi:

- Bilirsiniz, indi artıq elə bir dövrə çatmışıq ki,  insanlar həyatlarını qanunlarsız, dövlətlərsiz, məhkəmələrsiz təsəvvür edə bilmirlər. Hələ o səviyyəyə çatmamışıq. Ştayner düz deyir, sən özünə nəzarət edə bilməyəndə başqaları sənə nəzarət edəcək. 

- Şüurumuz sanki özümüzə yox, ətraf mühitə adaptasiya olunub. - herr Hammer danışdı- Sanki hər qıcığa, ani hərəkətə reaksiya verən refleksiv heyvana çevrilirik. 
Bayaqdan susan Mr. Smit danışdı:

- Şüur və şüursuzluq. Bilirsiniz, cənablar, 10 il araşdırmalarım, oxuduğum kitablar, öyrəndiklərim nəticəsində bu qənaətə gəldim ki, bildiklərin səndə mərhəmət hissi, yumşaqlıq, xeyirxahlıq yaradırsa, səhv yoldasan. Təbiət vəhşiliyi, güclünü sevir və seçir. Biz insanlar tənzimləyici funksiyalar yaradaraq özümüzü əsrlərlə aldatmışıq. Böyük illüziya. Şüursuzluğu, cansızları öyrəndikcə, şüurun əslində gərəksiz olduğunu anlayacaqsan. Şüur bizi üstün etmir, saxtalaşdırır. Çünki təbiətin öz harmoniyası var, insan isə bu harmoniyadan uzaqdı. Təbiətin içində olan insan öz-özüylə olur. Təbiətin enerjisi və böyük parçası daxilimizdədir, mədəniyyətlə onu məhv edirik. Bugün kimisə öldürmək qadağandır, seksual hissimiz qanunla tənzimlənir, hər şey icazəlidir. Təbiətdə hər şey instinktiv və təbiidir. Dağıdıcı və yaradıcı. Bununla belə bu xaosun içində nizam var. İnsan naturası isə nizamın içində xaosdur. Polislər xilaskar rolunu oynayır, qaydaları pozan  oğruları, cinayətkarları tutur. Dinlər seksual arzularımıza qarşıdır. Dövlət qanunlarla hərəkətlərimizə nəzaretedici funksiya olan qanunlar qoyur. Məhəbbət və cinayətlər ədəbiyyat üçün qeyri- ciddi mövzulara çevrilib. 

Müsyö Mişel tez müdaxilə elədi:

- Məhəbbət və cinayət demişkən. Yadıma dostum Jan Müro düşdü. Eşitmiş olarsınız, o bədbəxt hadisəni? Onun ölümünü. - gözləri aşağı baxdı və cənablar təsdiqlədilər. - O, baron Küsserin gözəl qızı Mariya ilə evlənəndə toyundaydım. Ondan soruşdum ki, niyə evlənirsən, axı sən evlilik tərəfdarı deyilsən? Cavab verdi ki, evlilik tərəfdarı olmasam da, nikah-pulsuz seks üçün əla müqavilədir, cəmiyyət bu müqaviləyə hörmət edir. 1 ildən sonra boşandı. Dostum deyirdi ki, "boşanmazdım, amma onu evli bir qadınla aldadırdım, ayrılmalıydıq. Dürüst hərəkət etməliydim özümə qarşı. Uşağımız da yox idi". Sonradan onun evli qadın Anastasiya ilə qaçdığını eşitdim. "Bu qaçış təkcə evli qadınla qaçış deyildi, cəmiyyətdən, qanunlardan qaçışdır. Bu, öyrəşdiyimiz qaydaları pozmaqdır" - o belə deyirdi. Mənə Anastasiyanı dəli kimi sevdiyindən danışırdı. "Heç vaxt belə olmamışam, Mişel. Məhəbbətlə məşğul olanda ehtiras o dərəcədə güc gəlir ki, bir -birimizi söyürük hətta. Bu dəhşət və qarşısıalınmaz hissdir!". Sonra gözlənilən məqam gəldi. Anastasiyanın əri Jan Müronu duelə çağırdı. Dostum cəmiyyətin qaydalarına zidd çıxmışdı və Anastasiyanın əri vəkil Hollmannın namusunu təhqir edib rüsvay etmişdi. Jan Müro dueli qebul etdi. Əlçək atılmışdı artıq. Anastasiya çox yalvardı ona getməsin. Jan Müro onu sakitləşdirdi, onu sevdiyini, qayıdacağını deyib, dodağından öpdü. İkisi də dueldə öldülər. Jan Müronun sekundantı mən idim. Herr Hollmanı öldürsə də, mədəsindən ölümcül yaralandı. Yarası çox qanayırdı. Mənə dedi ki, ölürəm, Anastasiyanın yanına apar məni. Anastasiya ağlayır, Jan Müro onun qollarında son nefesini verirdi. Solğun bənizi, titrək qırmızı soyuq dodaqları, mavi şüşə gözləri ilə Anastasiyaya baxıb dedi: "Mən heç olmadığım kimi...xoşbəxtəm.." Gözündən yanağına bir damcı yaş süzülür, gözləri donub qalır o an. Dostumu itirdim, lakin bir ildən  sonra Anastasiya onun oğlunu dünyaya gətirdi.

 İnsan sevəndə hər şey gözünə başqa cür görünür. Məhəbbətə aid olmayan hər şey mənasızlaşır.- Mixayloviç təəssüf hissi ilə bildirdi. Sanki bu onun üreyincə deyildi.

-Çox tragik, dramatik, romantik, - Ştayner rəy bildirdi. 

- Məhəbbət... sonu faciə ilə bitən komediya. -Hermann bu dəfə dedi. Hermannın özünəməxsus soyuq yanaşması vardı.

- Susuram,- Mr. Smit gülümsədi.

- Həmişə deyirəm, qadın üçün ər korset kimidir: yaraşır, amma çox sıxır. -Hamı ucadan gülür.

Kaminin ocağının işığı bu beş cənabın solğun, amma gülümsəyən üzlərinə sarı-qırmızı rəng qatır, soyuq şərab otağın istisində daha da gözəl dadır. Zəif lampalar, şamların işığı, tablolar və yan otaqdan getdikcə ucalan ahlar, şəhvətli səslər...

- Kamilla, həyatım mənim. Sübh tezden doğan günəşim. Ürəyimdəki buzu əridən qadın. Sənin alovlu bədənin, öpüşə susamış dodaqların dəli edir məni. Həyatım və ölümüm. Məhəbbətim və ayrılığım. Səni öpmək, öpmək. Dayanmadan. Özümə sıxmaq. İçinə girmək və orda yox olmaq. Bədənlərimizi bərk -bərk qucaqlamaq və bədənsizləşmək. Ahlar, çığırtılar, qışqırtılar... Sənin arxaya atılmış dalğalı saçların, şişmiş döşlərin, öpüşlər, dillər, dodaqlar... Skripka ifa edirmiş kimi sevişmək. Necə həssas ve sərt, kobud ve incə, vəhşi və mədəni, toxunuş və şiddət, şeytan və mələk... Sevişdikcə yüksəlirik. Üstümdəsən. Həzzdən qışqırırsan və qanadların belini qanadıb kürəyindən çıxır... ahhhhhhhhhhhhhh.

3 mart 2019