Tanınmış kino xadimləri gənclərlə bir araya gəldi

Tanınmış kino xadimləri gənclərlə bir araya gəldi

Tanınmış kino xadimləri 50 azərbaycanlı gənclə bir araya gəliblər. 

     
"Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi "Addım” gənclər təşkilatı ilə bərabər  yeni sosial  layihə həyat keçirib. "İnsan hüquqları təlim müsabiqə" adlı proqramda Azərbaycanın müxtəlif regionlarından 50  gənc iştirak edib. Layihə çərçıvəsində gənclər insan hüquqları mövzusu üzrə mütəxəssislər və kino xadimlərindən  master-klasslar alıblar. 3 gün ərzində Bakıdakı hotellərin birində bir araya gələn addımçılar kinoşünas Ayaz Salayev, dramaturq Əli Əmirli hüquqşünas Şaiq Qəhrəmanov və prodüser Hüseyn Cavadzadənin dərslərində iştirak edib, mövzu ilə bağlı tematik  filmlər izləyiblər. Layihənin növbəti mərhələsində isə təlimdən  bəhrələnən gənclərin ideyalarının reallaşdırılması üşün təşkilat komitəsinin texniki bazasında film çəkimlərinə start veriləcək. Sonda "İnsan hüquqları" mövzusunda ən uğurlu filmlərin müəllifləri mükafatlandırılacaqlar. Layihənin   iyunun 18-də beynəlxalq insan hüquqlarının müdafiəsi günündə təntənəli tədbirlə yekunlaşdırılması gözlənilir.