“Taxt-tac oyunları”ının son mövsümü nə vaxt başlayır?

“Taxt-tac oyunları”ının son mövsümü nə vaxt başlayır?

"Taxt-tac oyunları” serialının sonuncu – səkkizinci mövsümünün nümayişi gələn ilin aprelindən başlanacaq.

Bu barədə layihənin rəsmi "Twitter” səhifəsinə yerləşdirilən məlumatda deyilir.
 
"Son mövsüm. 2019-cü ilin apreli", — deyə videoçarxın sonunda qeyd olunur.

Treylerin özü serialın əvvəlki mövsümlərindən götürülmüş kadrlardan ibarətdir.

Qeyd edək ki, Corc Martinin "Buzun və alovun nəğməsi” əsəri əsasında ekranlaşdırılan serial indiyədək nüfuzlu "Emmi” premyerasında 10 nominasiya üzrə qalib gəlib.