Teatr direktoru 20 min manat cərimələndi

Teatr direktoru 20 min manat cərimələndi

Şuşa Teatrının direktoru Yadigar Muradovun "Oda” Teatrının direktoru, jurnalist Elmin Bədəlova və "Oda” Teatrına qarşı açdığı məhkəmə iddiasına yanvarın 16-da baxılıb və yekun qərar verilib.
 
Bu barədə Elmin Bədəlov özü məlumat verib: "Məhkəmədən mənə bildirdilər Yadigar Muradovun mənə və "Oda” Teatrına qarşı qaldırdığı iddia təmin edilib. Ancaq onlar iddianın qismən, yaxud tam təmin olunduğu barədə heç bir məlumat vermədilər. Məhkəmə ekspertizasının rəyi mənim xeyrimə idi, lakin hakim əleyhimə qərar çıxarıb. Üstəlik də hakim mənə telefonda deyir ki, biz məhkəmənin hansı qərar çıxardığı barədə sizə məlumat verməyə borclu deyilik. Halbuki bu mənim və teatrım haqqında qərardısa, bu qərardan xəbər almaq haqqım, hüququm var. Üstəlik məhkəmə qərarı bizə verilmir ki, qərardan apelyasiya şikayəti verək”.
 
Qeyd edək ki, proses Biləsuvar Rayon Məhkəməsində hakim Azər Səmədovun sədrliyi ilə keçirilib. Yadigar Muradov Elmin Bədəlovu  bir neçə ay bundan öncə Elitar.Az saytında yayımlanan yazıya görə məhkəməyə verib və ondan 20.000 AZN tələb edir, eyni zamanda şərəf və ləyaqətinin təhqir olunduğunu deyir. Bir neçə ay sonra həmin iddiaya "Oda” Teatrının da adı əlavə olunub. 

Kulis.az