"Teatr meydanı" detektiv romanının imza günü olacaq - FOTOLAR

İyunun 14-də "Zero" Kitab Evində saat 15:00-17:00-da tanınmış yazıçı Firuz Mustafanın "Teatr meydanı" detektiv romanının imza günü keçiriləcək.

İmza günündə "Teatr meydanı" romanını alanlara yazıçının yeni nəşr olunmuş "Ölü dildə sevgi məktubları" kitabı hədiyyə olunacaq.

Artıq üçüncü dəfə nəşr olunan "Teatr meydanı" romanının qiyməti 10 manatdır.

Dеtеktiv jаnrdа qələmə аlınmış gərgin süjеtli "Teatr meydanı"  əsərində bir-birini əvəz еdən gözlənilməz hаdisələr kinо lеnti kimi hərəkət еdir, оxuculаrı öz cаzibəsində sаxlаyır. Hadisələr müxtəlif məkanlarda baş versə də vahid süjet xəttində birləşir. 

Rusiyada yaşayan, qapalı hərbi elmi-tədqiqat institularından birində çalışan azərbaycanlı alımə sui-qəsd hazırlanır… Universitet professoru öz mənzilində naməlum adamlar tərəfindən qətlə yetirilir. Uzun müddət xaricdə yaşayıb vətənə qayıtmış məşhur iş adamının övladı yoxa çıxır və həmin uşağın sorağı tezliklə qəsbkar dövlətdən gəlir. Bu və digər cinayətlərin üstünün açılması çox müşkül bir məsələyə çevrilib. Şəxsi detektiv Rufiz öz həyatını təhlükəyə ataraq sinəsini irəli verir, cinayətkarların izinə düşür, üzləşdiyi ən ağır situasiyadan çıxış yolları tapmağa çalışır... 

Rоmаnın təzədən işlənmiş nəşrinə sоnrаkı mərhələdə bаş vеrən rеаl hаdisələrlə bаğlı yеni (sənədli) fаktlаr əlаvə оlunmuşdur. Əsər Azərdaycan dilində qələmə alinmış ilk detektiv romanlardan biridir.

"Ölü dildə sevgi məktubları” adlı kitabda isə adi adamların qeyri-adi hekayətləri toplanıb.

Firuz Mustafa əllidən çox kitabin müəllifidir. Yazıçının onlarla pyesi ölkənin müxtəlif teatrlarında tamaşaya qoyulmuşdur.

C.Cabbarlı və "Humay” mükafatları laureatıdır.

Ünvan: Zero Kitab Evi, İstiqlaliyyət 71 (Sabir bağı ilə üzbəüz).