Teatr sevənlərin nəzərinə

Teatr sevənlərin nəzərinə

Dekabrın 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) "Tamaşaya bax, kitab qazan” adlı aksiya keçirilir. Teatrın və Hədəf Nəşrlərinin birgə layihəsi olan aksiyada hər tamaşaçı kitab hədiyyəsi qazanacaq. 

"Qafqazinfo” xəbər verir ki, gələn il yanvarın 15-dək davam edəcək aksiyada ADGTT və Hədəf Nəşrləri öz məhsullarına (bilet və kitab) 30-50 faiz endirim edəcəklər. Beləliklə, tamaşaçı kitab qiymətinə eyni vaxtda tamaşa və yaxud tamaşa qiymətinə həm də kitab qazanacaq.

Aksiyadan yararlanmaq üçün kitabevim.az mağazasından hədiyyə kuponu və kitab almaq zəruridir. Qiyməti 6 manat olan paketə 1 kitab və teatrın axşam tamaşasına bilet əldə etmək üçün kupon daxildir. Hədəf Nəşrlərinin möhürü ilə təsdiqlənmiş kuponu teatrın afişasındakı tamaşanın başlanmasına 1 saat qalanadək inzibatçıya təqdim etməklə ödənişsiz tamaşa bileti alınır.

Aksiya ilə bağlı ətraflı məlumatı ADGTT-nin (+994 12) 493 65 78, eləcə də kitabevim.az kitab mağazasının əlaqə nömrələrindən (+994 12) 498 79 89; (+994 55) 877 24 44 öyrənmək olar.

Edebiyyat.biz